Kəndlər boşalır, cənablar!
İnsanlar kənd yerlərində özlərini daha rahat, daha normal və daha sakit hiss edirlər. Amma indiki kəndlə əlli il bundan əvvəlki kəndin yerlə - göy qədər fərqi var. Əlli il bundan əvvəl bütün kəndlər də iş yerləri var idi.
Camaatın baş iş- gücə qarışırdı. Ancaq indiki kəndlərin əksəriyyətində iş yerləri çox azdı və bəzi kəndlərdə heç yoxdur. Bəs belə olanda kəndli nə etməlidir? Əlbəttə, həmin insanlar odla- su arasında qalır və iş yeri, dolanışıq olmadığı üçün artıq kəndlər boşalmağa başlayır.
Əvvəllər kəndləri tərk edənlər Rusiyaya gedirdilər. İndi həmin ölkədə sərt qanunlar tətbiq olunur.Ona görə də, Rusiyaya getmək çətinləşib. Belə olanda da kənddən çıxanlar Bakıya üz tuturlar. Lerikin, Yardımlının, Tovuzun, Gədəbəyin , Şəmkirin bir çox kəndləri boş qalıb. Yenə deyirik, onlar ya Rusiyaya, ya da Bakıya çıxıb gedirlər!
Bu isə ilk növbədə hökuməti narahat etməlidir. Kəndlərin boşalması isə yenə davam edir. Bunu gizlətmək mümkün deyil. Ən azından ona görə ki, bizim gözümüzün qabağında bu proseslər davam edir! Ona görə də, biz bir daha həyəcan təbili çalırıq! İnsanları kəndlər də saxlamaq üçün birmənalı olaraq iş yerləri açılmalıdır. Əgər bu yoxsa, kəndlər boşalmaqda davam edəcək!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
11 Sentyabr 2026 22:02
Şuşanın gənc sakinləri xarici səfirlərlə tanış oldular - VİDEO
11 Sentyabr 2026 19:00
Heyvan bazarlarının sayı 20-yə çatdı
11 Sentyabr 2026 17:32
Yeni Milli Fəaliyyət Planı təsdiqləndi
11 Sentyabr 2026 11:55
"Koroğlu"da hərəkətin təşkilində dəyişiklik edildi - Yeni qayda
10 Sentyabr 2026 15:47
Bu atları saxlayanlara 1000 manat veriləcək
10 Sentyabr 2026 09:18
25 ailə doğma yurduna qayıdır
09 Sentyabr 2026 16:58
“Subsidiyaya əsl dəstəyə ehtiyacı olanlar 20, 30, 50 baş heyvan saxlayan kəndlilərdir”
09 Sentyabr 2026 12:53


Bakı -°C

