“Hindistan silahları müharibənin nəticəsinə həlledici təsir göstərməyib”
“Son məlumatlara görə Ermənistan Rusiya lisenziyası ilə Hindistanda istehsalı olunan 8-12 ədəd Su-30 MKI qırıcısı almaq üçün müqavilə imzalamağa hazırlaşır”.
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
“1.Bu günə qədər heç bir Hindistan istehsalı olan silah münaqişə və ya müharibənin nəticəsinə həlledici təsir göstərməyib.
2.Pakistan ilə bu günə qədər davam edən münaqişə və müharibələrdə Hindistan qırıcıları daim məğlub olub.
3. Bir dəfə belə hərbi uğuru olmayan məğlub Hindistan qırıcısını almaq üçün Ermənistandan başqa kimsə müştəri kimi müraciət etməyib.
4. Hindustan silahı çəkdiyi film kimidir. Bu barədə daha əvvəl Azvision.az-da məqaləm dərc olunub.
5. Ermənistan təkrar silahlanır və bu silahlar yalnız Azərbaycana qarşı istifadə məqsədi daşıyır. Odur ki, Ermənistanın ordusunun say tərkibinə və silahlanmasına işlək nəzarət mexanizmi olan məhdudiyyətlər qoyulmalıdır.
6. Ermənistan silahlanma yarışına başlamaqla kövrək sülhə ciddi kölgə salır.
7. Darmadağın erməni ordusunun mənəvi, psixoloji və döyüş hazırlığı vəziyyəti istənilən silahı yalnız biabır edəcək səviyyədədir.
8. Ermənistan qırıcı almağa 3 milyard dollar tapa bilirsə, o zaman ilk növbədə Azərbaycana vurduğu maddi və mənəvi ziyana görə kompensasiyanı ödəsin”, - deyə o bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

