10 Oktyabr 2025 14:06
299
ƏDƏBİYYAT

Şəlalə Camal: Niyə əllərini tuta bilmirəm?

Görəsən mən səni harda axtarım?
Büsbütün dünyanı dolaşdım, yoxsan.
Sənin ucbatından keçdi qatarım
-Bəlkə qatardasan, ya orda yoxsan?

Azı mən hayanda arayım səni?
Gələsən, saçını darayam sənin.
Sənsən bu həyatda gərəyim mənim,
Gözüm yolda qaldı, hardasan?
Yoxsan.

Niyə yox olmusan, niyə görmürəm?
Niyə əllərini tuta bilmirəm?
Niyə əllərimi boş qoyub getdin?
Xəbər də etmədin, bilim ki, yoxsan.

Bilsəydim, gözlərim yolda qalmazdı,
Bilsəydim, bəlkə də belə olmazdı...
Bilsəydim, gözümü yumub yatmazdım,
Bilərdim getmisən, bilərdim yoxsan.