“İki uşağını atasız böyüdüb...” – Vəfat edən müəllimin tələbə yoldaşı
Naxçıvanda 17 nömrəli tam orta faciə baş verib.
Dərs zamanı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nailə Kamil qızı Budaqovanın qəfil halı pisləşib və o vəfat edib. İlkin ehtimala görə müəllimin beyninə qan sızıb.
Adalet.az xəbər verir ki, vəfat edən N.Budaqovanın tələbə yoldaşı Vətən müharibəsi şəhidi mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu onunla bağlı yeni məlumatlar açıqlayıb.
O bildirib ki, artıq dördüncü tələbə yoldaşı vəfat edib. Nailə Budaqova çox mehriban, səmimi, gülərüz və təşkilatçı olub. Tələbə yoldaşlarının ad günlərini, hansısa xüsusi günlərdəki tədbirləri o təşkil edib. 4-cü kursda oxuyanda həyat yoldaşı da çox gənc yaşında vəfat edib və iki övladını tək başına böyüdüb.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
13 Iyul 2026 21:14
DİM-dən beynəlxalq dil sertifikatları haqda iddialarla bağlı AÇIQLAMA
12 Iyul 2026 14:30
Bugünkü imtahanda 12 nəfərdə telefon aşkarlandı
10 Iyul 2026 14:56
Xaricdə təhsil adı ilə dələduzluq edənlərlə bağlı MÜRACİƏT
09 Iyul 2026 11:06


Bakı -°C

