02 Oktyabr 2025 12:49
131
DÜNYA

Ukrayna münaqişəsi Avropa liderlərini qarşı-qarşıya qoyur

Bu günlərdə Ukraynaya hərbi yardım göstərilməsiylə bağlı bəzi Avropa dövlətləri araslnda fikir ayrılığı yaratdığı barədə yazmışdıq. 

 Macatıstanın baş naziri Viktor Orbanın "Rusiya bu müharibədə qalib gəlib, məsələ artıq bitib", "Mən Ukraynanı suveren dpvlət kimi tanımıram" bəyənatları, Almaniyanın kansleri Frudrix Mertsin xoşuna gəlməyib.

 Bloomberg nəşri mənbələrinə əsasən yazır ki, Almaniya kansleri Avropa İttifaqının Kopenhagen sammitində Fridrix Merts Macarıstanın baş nazirini sərt şəkildə qınayıb və Viktor Orbanı "blokun təhlükəsizlik məsələlərinin müzakirəsini" pozmaqda günahlandırıb.

 Xatırladırıq ki, Avropa İttifaqının Ukrayna münaqişəsiylə bağlı qəbul etmək istədiyi antirusiya sanksiyalarlnın qəbul edilməsinə, Macarıstan veto qoyub. 

  Rüstəm Hacıyev