01 Oktyabr 2025 14:27
143
GÜNDƏM

“İçimizdə bir hiss bizi savaşmağa vadar edirdi...” – Vətən müharibəsi qəhrəmanı

“Dəniz səviyəsindən 3340 m yüksəklikdə ilk qarı qarşıladıq 5 il öncə. Soyuq hava, aclıq, susuzluq və ilk qar. Heyət bir-birini qucaqlayaraq əldə olan vasitələrlə qardan, küləkdən qorunmağa çalışırdı. Bu yağan qar üstümüzə çəkilən ağ kəfəni xatırladırdı. İçimizdə o günlər üçün adını qoya bilmədiyimiz bir hiss bizi yaşamağa, savaşmağa vadar edirdi. Susuzluqdan heyətin dodaqları çartlamış və udğuna bilmirdi. Oksigenin seyrək olduğu yüksəklikdə bu halsızqlara baxmayaraq heçkim silahı yerə qoymamışdı”. 

Adalet.az xəbər verir ki, bunu Vətən müharibəi qəhrəmanı, Baş-leytenant Qəzənfər Ağayev deyib. 

O Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində baş verən döyüş əməliyyatları haqda bunları deyib:

“Sanki bu silah bizim son ümid yerimiz idi bəlkə də. Amma biz üşüyürdük, titrəyirdik. Bu ixtisasın mənsublarının ən şərəfli olmaqla yanaşı, ən çətin vaxtları idi. Bəlkədə öz isti evlərində oturanlar və ya o ana  bənzər hadisələri yaşamayanlar da bunun nə dərəcədə acılı olmasını təsəvvür belə edə bilməzlər. Qarın yağmasını dəyərləndirib susuzluğumuzu yatırmağa çalışırdıq, amma günlərlə susuz qalmış bədən 1-2qurtumla doymur. Əslində bir neçə gün də bu vəziyətdə döyüşə bilərdik. Çünki bizi titərdən, üşüdən havanın əlverişsizliyi deyİldi. Bu gün sıralarımızdan cismən ayrılanlar oldu”.

Vasif ƏLİHÜSEYN