Düzgün qidalanmayan hamilələrdə hansı problemlər yarana bilər? - Səhiyyə Nazirliyinin mütəxəssisi aydınlıq gətirir
“Hamiləlik dövründə qadının qida rasionu həm öz sağlamlığı, həm də dölün inkişafı üçün həyati əhəmiyyət daşıyır”.
Adalet.az xəbər verir ki. bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində mama-ginekoloq Sahilə Vəliyeva açıqlayıb.
Onun sözlərinə görə, bu müddətdə orqanizm daha çox enerji, vitamin, mineral və zülal ehtiyac duyulur: “Əgər bu tələblər qarşılanmazsa, həm ana, həm də döl üçün müxtəlif sağlamlıq problemləri yarana bilər. Ananın sağlamlığına təsirlər arasında ən çox rast gəlinən problemlərdən biri qan azlığıdır. Dəmir və fol turşusu çatışmazlığı hamilələrdə tez yorulma, halsızlıq və başgicəllənmə ilə özünü göstərir. Kalsiumun kifayət qədər qəbul edilməməsi gələcəkdə sümük əriməsi riskini artırır və ananın sümükləri zəifləyir. Vitamin və mineral çatışmazlığı isə immuniteti zəiflədir və ananı yoluxucu xəstəliklərə qarşı daha həssas edir. Əgər tərəvəz və lif az qəbul olunarsa, qəbizlik və bağırsaq problemləri kimi həzm pozğunluqları tez-tez müşahidə oluna bilər”.
S.Vəliyeva bildirib ki, dölün inkişafına təsirlər də ciddi nəticələrə səbəb ola bilər:
“Ana kifayət qədər qida qəbul etmədikdə uşaq normadan az çəki ilə doğula bilər. Protein və vitamin çatışmazlığı körpənin zehni və fiziki inkişafına mənfi təsir göstərir və onun immunitetini zəiflədir. Fol turşusu çatışmazlığı isə sinir borusu qüsurlarının yaranmasına gətirib çıxara bilər. Ana bətnində düzgün qidalanmayan uşaqlar böyüdükdə ürək-damar xəstəliklərinə, şəkərə və piylənməyə daha meyilli ola bilərlər. Hamiləlik dövründə sağlam qidalanma və düzgün həyat tərzi həm ana, həm də körpə üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də bəzi əsas tövsiyələrə əməl etmək vacibdir”.
Mama-ginekoloq sonda qeyd edib ki, qidalanma ilə bağlı olaraq hər gün balanslı şəkildə zülal, vitamin və minerallar qəbul edilməlidir:
“Pəhrizdə təzə meyvələr, tərəvəzlər, süd məhsulları, balıq və qoz-fındıq mütləq yer almalıdır. “Fast-food”, qazlı içkilər və hazır məhsullar isə minimuma endirilməlidir”.
Digər Xəbərlər
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
17 Mart 2026 10:05


Bakı -°C

