Düşmənçiliyə bir addım yaxın:Rusiyanın Azərbaycan qazı axan kəməri vurması...
Ötən gündən başlayaraq sosial şəbəkələrdə Rusiya hərbçilərinin Odessa vilayətində magistral qaz kəmərinə zərbələr endirdiyi müzakirə obyekti olub.
Məlumatlarda qeyd olunur ki, zərbələr nəticəsində İzmail rayonunun Orlovka kəndi yaxınlığında “Orlovka-1/2” qazpaylayıcı stansiyası dağılıb. Söhbəti gedən kəmər vasitəsilə Ukrayna Yunanıstandan, Rumıniyadan, Türkiyə və Azərbaycandan da qaz alırdı.
Mövzu sosial şəbəkə istifadəçilərini iki yerə ayırıb. Bir tərəf düşünür ki, əgər Azərbaycanla Rusiya arasında gərginlik olmasaydı, Rusiya həmin kəməri vurmazdı. Əllərindəki fakt da odur ki, 2008-ci ildə Rusiya Gürcüstana qarşı işğalçı müharibəyə başlayanda istəsəydi Bakı-Tiflis-Ceyhan boru xəttini asanlıqla bombalayardı, amma bunu etmədi! Amma politoloq Elxan Şahinoğlu bununla bağlı sosial şəbəkə hesabında dəqiqliklə qeyd etdi ki, həmin savaş uzansaydı, Kreml qəsdən boru xəttini zədələyə bilərdi:" Çünki Azərbaycan neftinin Gürcüstan və Türkiyə üzərindən dünya bazarlarına nəqli Kremlin yaralı yerlərindən biri idi".
İkinci tərəf isə düşünür ki, Rusiya, xüsusən Putin üçün heç bir şey önəmli deyil, əsas onun məqsədləridir ki, ona da mütləq çatmaq üçün qarşısında duran hər şeyi məhv etməyə qadirdir. İstifadəçilər onu da vurğulayır ki, əgər Putin qanı qanından, dili dilindən, dini dinindən, kökü kökündən olan insanları Ukraynada amansızcasına , kütləvi şəkildə qırırsa, o Azərbaycana qarşı nələr etməz ki?
Əslində ikincilərin fikri ilə daha çox razılaşmaq olar. Bir faktıda mən qeyd edim: Deməli, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalandı.Tərəfdaşlıq, müttəfiqlik, dostluq, təhlükəsizlik əlaqələri ilə bağlı yekə-yekə saziş və müqavilələr imzalandı, bəyanatllar səsləndirildi.
Amma bu təntənəli "atəşfəşanlıqdan" heç bir ay belə keçməmiş Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Bakının neft mədənlərinə bomba zərbəsi endirməyi təklif etdi. Mixail Delyaqin iddia etdi ki, Azərbaycan Rusiya üçün böyük təhlükədir və Bakının cəzalandırılması lazımdır: "Azərbaycanın neft sənayesini məhv etməli və nüvə zərbəsi endirməliyik".
İl başa çatmamış isə Kremlin "ağzı" hesab edilən, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov Azərbaycana qarşı təxribat xarakterli bəyanatlar verdi . O, kütləvi informasiya vasitələrində verdiyi geniş auditoriya kütləsinə ünvanlanan audiomüraciətində "Azərbaycanın bütün neft sənayesinin, enerji sisteminin raketlərlə bombalanması və tamamilə məhv edilməli olmasını" bildirməklə açıq çağırışlar etdi.
Rusiya hakimiyyəti bununla bağlı hər iki rəsmi şəxs haqqında heç bir ciddi ölçü götürmədi və bu da onu göstərirdi ki, əslində Putinin sözlərini onun "ağzı" hesab edilən rəsmilər bəyan edb!
Bu da el arasında bir misal kimi deyilən"behi-bazarı" olmayan adam anlamına gəlir. Zənnimcə, kəmərə vurulan zərbə də nəyinsə xəbərdarlığıdır, hədəsidir! Biz tanıdığımız Putin düşmənçilik aparmağa başlayanda bütün müqəddəs sədləri tapdalayır! Onun üçün pislik, rəzillik, faciə, dəhşət yaratmaq 2vur 2-dir! Bu qədər bəsit!
Bu dəfə də yaxşı qurtardıq !
Əntiqə Rəşid
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

