Düşmənin iki pilotsuz təyyarəsi məhv edildi - Rəsmi
Azərbaycan Ermənistanın iki pilotsuz uçan aparatını məhv edib.
Adalet.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 4-də cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.
Digər Xəbərlər
06 May 2024 11:50