adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Iyun 2018 11:06
32703
MƏDƏNİYYƏT

Düşmən əsgərlərin dostlaşdığı film

Dünyada aclıq problemini aradan qaldırmaq üçün ildə30 milyard dollar pula ehtiyac var, bu rəqəm bütün dünyanın bir həftədə müharibəüçün xərclədiyi məbləğə bərabərdir.Müharibə adı geyindirilmiş insan öldürmə, qətliyyam prosesinin isə yalnız bir səbəbivar: hökümətlərin bitməyən nəfsi! Təəssüf ki, hökümətlərin oynadığı bu oyunlaragörə xalqlar nifrət etməyi, ölməyi və öldürməyi öyrənir. Təkcə 2-ci DünyaMüharibəsində 20 milyon əsgər, 40 milyon sivil xalq olmaqla 60 miylon insan ölüb.Bu rəqəm böyük bir ölkənin əhalisi sayıyla eynidir. 2-ci Dünya Müharibəsininmaddi ziyanı isə 1.944 trilyon ABŞ dollarıdır.


Statistikaya görə dünyada ən sülh dolu ölkəİslandiya, ən az sülhü olan ölkə isə Somalidir. Bu iki ölkəni mədəni, iqtisadivə siyasi cəhətdən müqayisə etsək aradakı dağlar boyda fərqi görə bilərik. Deməlimüharibələr insanları öldürməkdən əlavə onların inkişafını da ləngidir.

Bəzi hallarda isə müharibələr hökümətlər tərəfindənsüni olaraq davam etdirilir. Bu hal daha çox söz azadlığı olmayan, diktaturarejimli ölkələrdə baş verir. Belə ki, hökümətlər ölkədəki daxili problemlərigündəmə gətirtməmək üçün süni problemlər yaradır və xalqını nifrət etməklə,müharibəylə məşğul edir.

Thich Nhat Hanh: Hökümətlərin xalqı susdura bilməküçün düşmənlərə ehtiyacı var. Beləliklə xalq qorxmağı və nifrət etməyi öyrənərəkhökümətin ətrafında toplaşacaq, əgər düşmən yoxdursa, heç nədən də olsayaradılacaq. Müharibə hökümətin sənə pisinsanın kim olduğunu göstərdiyi vaxt, inqilab isə sənin pis insanın kimolduğunu müəyyən etdiyin vaxt baş verir.

Tarix boyu boş-boş səbəblərdənmeydana gələn müharibələr də az olmayıb. Məsələn, 1500-cü ildə Osmanlı imperiyası və Venesiya dövləti arasında saqqal üstündəmüharibə başlayıb. Ticarət danışıqları üçün sultan II Bəyazidin qəbuluna gələnvenesiyalı elçilər sultanın qəribə təklifi ilə qarşılaşırlar. BəyazidVenesiyanın doğrudan da Türkiyə ilə sülh istədiyini sübut etmək üçün elçilərdənsaqqala and içməyi tələb edir. Cavabında venesiyalılar həmşiə saqqallarını qırxdıqlarınıbildirirlər. Cavabdan qəzəblənən sultan "onda sizin şəhərin bütün sakinlərimeymuna bənzəyir”, - deyə çığırır. Özünü təhqir olunmuş hesab edən Venesiyadərhal Osmanlıya müharibə elan edir. Lakin sultan onlardan üzr istəmir, çünkitürklər Venesiya ordusu və donanmasını darmadağın edirlər.

Müharibənecə olur? Bu sual məni həmişə narahat etsə də müharibə haqqında əyani təsəvvürümyoxdur. Müharibəni ancaq filmlərdə görsəm də, kitablardan oxusam da həmişəiçimdə müharibəyə qarşı nifrət var. Bəzən müharibə haqqında çəkilən filmlər də,oxuduğum kitablar da məndə dərin iz buraxır. O filmlər yox ki, ancaq döyüş səhnələrindən,adamların necə ölməyindən bəhs eləsin. Belə filmlər tarixi canlandırmaqdanbaşqa bir şey deyil. Ədəbiyyat da, film də müharibənin arxa cəbhəsində, yənibizə gizlin qalan hadisələrindən, bir növ mətbəxindən nələrisə çatdıranda gözəlolur. Belə filmlərdən biri də bu yaxınlarda baxdığım "Qarın əsirliyində” adlıfilmdir. Bu filmi Norveç əsilliPetter Nas çəkib. Filmin senarisi OleMeldgaard, Dave Mango və Petter Nas tərəfindən yazılıb. Filmin baş rollarındaBöyük Britaniya aktyoru, Harri Poter romanlarının əsasında çəkilmiş filmlərdəRon Uizli obrazını oynayandan sonra məşhurlaşan Rupert Qrint, alman əsilliaktyor Florian Lukas iştirak edir.

Filmdə baş verən hadisələr real həyatdan götürülmüşdür. İkinci dünya müharibəsi zamanı 1949-cı ilin 27aprelində Luftvaffe pilotu Hornst Şkops idarə etdiyi Heinkel He111 tipli bombardımançı təyyarəsi iləNorveçin daxili bölgələrindən olan Qrontil yaxınlarındavurulur. Alman təyyarəsi, ingilis pilotun idarə etdiyi Blackburn Skua markalı təyyarətərəfindən vulur. Alman təyyarəsində olan dörd pilotdan bir nəfəri həlakolsada, digər üç nəfər yaxınlıqda yerləşən ovçu komasına sıxınır. Vurulmuşingilis təyyarəsinin iki pilotuda almanların qaldığı ovçu komasını tapır vəburaya gəlirlər. Alman əsgərlər ilk öncə ingilisləri ovçu komasına qəbul etməsələrdə,sonradan onların komanının kiçik bir bölməsində yaşamalarına icazə verirlər.Filmdəki hadisələr sərt Norveç qışının qarşısında bir-birinə düşmən olan iki təyyarəçiqrupun arasındakı münasibətlərdən, fədəkarlıqlardan və zaman-zaman dostluqdansöhbət açılır.

Bir-birilə mübarizə aparan, döyüşən düşmənlər komadakı çətinliklərəqarşı birləşirlər. Soyuqda qızınmağa çalışanda da, pilotun qanqren olmuş qolunukəsəndə də, filmin sonlarına yaxın döşəmənin altından tapdıqları pivələri içəndədə düşmənlərin də dostlaşa biləcəyini görürük. Filmin məzmununu yazmaq onundadını qaçırtmaqdan başqa bir şey olmazdı. Nə də ki, onu təhlil etmək mənim öhdəmədüşməz. Amma filmin verdiyi mesaj budur:

Hər kəs qarşısındakı düşməni güllələməmişdən əvvəl onu yaxındantanımalıdır, necə bir insan olduğunu bilməlidir. Görək hələ də güllələmək istəyəcəkmi?Filmin sonunda norveç pilotlarını əsir kimi təhvil verən alman zabitinin üzündəkipeşmanlıq da bunu xəbər verir. Almanlar düşməni təhvil verdilər, amma qısa müddətdəqazandıqları dostlarını da itirdilər.








Emin Akif