adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Dekabr 2019 08:20
38763
ŞOU-BİZNES

Dünyanın və bizim GÖZƏLLİK seçimimiz...

Ötən gün dünya 2019-cu ilin "Kainatgözəli”ni seçdi. ABŞ-ın Corciya ştatının Atlant şəhərində keçirilən finalabütün dünya üzrə milli yarışlardan seçilən 90 iştirakçı qatıldı.

Adalet.az xəbər verir ki, bu dəfəmünsiflərə Cənubi Afrikadan təqdim edilən,dövlətini layiqincə təmsil edən 26 yaşlı Zozibini Tunçi seçilib. Maraqlıburasıdır ki, yarışın rəsmi saytında qalib haqqında məlumat verilir vəbildirilir ki, o, Cənubi Afrikadan "Kainat gözəli” titulunu qazanan üçüncüqalibdi. İkinci yerə Puerto-Rikodan 24 yaşlı Medison Anderson layiq görülüb. ÜçüncüyerdəMeksikadan olan 25 yaşlı Sofiya Araqon qərarlaşıb.

Ən maraqlısı və üzücü olanı isəodur ki, müxtəlif təyinatlı yarışmalardaiştirak edən Azərbaycan bu sahəyə nəsə "barmaqarası” baxıb. Ya "Kainatgözəli”inin seçimlərinə iştirakçı göndərməyiblər,ya da göndərdikləri gözəllər standartlara o qədər "tərs” gəlib ki, heç podiumadaçıxarılmadan geri göndərilib.

"Azərbaycan Gözəli-2019"-un 150 nəfərxanım iştirakçısı arasından secilən qalibi MelisaNuriyevanı görəndən sonra "dünyanın ən zövqsüz gözəllik yarışması” bizim üçündaha məqsədəuyğun yarışmadır-deyə düşündük.

Amma adamın içindən Cənubi AfrikaRespublikasına qarşı bir paxıllıq hissi qalxır...Görəsən, bizdə gözəl seçiləndəhansı standartlara, kimin standartlarına uygun yarışma keçirilir...Niyə o, gözəldənbizdə də yoxdu?

Əntiqə Rəşid