adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Fevral 2020 14:25
52564
DÜNYA

Dünyanın qətliam tarixindən: Hegemonların soyqırım siyasəti

Soyqırımı sözünə hələ məktəbli ikən, hələsovet dövründə rast gəlmişdim. Təbii, nə olduğunu, niyə edildiyini anlamasamda,təkcə bildiyim o idi ki, qocalı, cavanlı, qadınlı, uşaqlıdinc əhali bilərəkdən silahlı qüvvələr tərəfindən məhv edilib. Yadımdadı, məktəbimizdəBöyük Vətən Müharibəsinin il dönümü ilə bağlı tədbir keçirilirdi.Orda doqquzuncu sinifdə oxuyan Sevincadlı qız yanıqlı-yanıqlı bu şeri söyləyirdi;

Eşitdim Xatının haray səsini,

Birxalqın dərdini yaşadı qəlbim.

Əziz oxucularımız bu gün sizlərə dünyada başverən günahsız insanların kütləvi qətliamından bəhs edəcəyik.

Adalet.az xəbər verir ki, dünyanın soyqırım tarixi qədim dövrlərə qədər gedib çıxır.

Soyqırım nədir?

Hüquqi-siyasi termin kimi"soyqırım”, yaxud "genosid” anlayışı ilk dəfə BMT-nin Baş Məclisinin 1946-cı il11 dekabr tarixli qətnaməsində tətbiq olunmuşdur.


Soyqırım–etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və yaqismən məhv edilməsidir. Bu, "Soyqırım cinayətinin qarşısının alınması vəcəzalandırılması haqqında" Konvensiyanın (SCQACK) 2-ci maddəsində"milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyətiilə törədilmiş aşağıdakı hərəkətlərdən – qrup üzvlərini öldürmək; qrup üzvlərinəciddi fiziki və ya mənəvi ziyan vurmaq, qrupun tam və ya qismən fiziki məhvi məqsədiləqrupda həyat şərtlərini düşünülmüş şəkildə aşağı salmaq; qrupda olacaqdoğumların qarşısını almaq üçün tədbirlər görmək; uşaqları bir qrupdan zorla digər qrupa köçürmək– biri" kimi nəzərdə tutulmuşdur. BMT-in 1948-ci il 9 dekabr tarixlikonvensiyasında isə genosid siyasətininqarşısının alınması və ona görə cəzamüəyyənləşdirilmiəsi öz əksini tapmışdır.Yerigəlmişkən soyqırımı dedikdə böyük dövlətlərin öz irticacı siyasətinə uyğun olaraq kicik dövlətlərin və xalqların nümayəndələrini qətl etməsi kimi başa düşmək daha real variantdır. Bu proses ABŞ, Fransa, Rusiya (SSRİ),Almaniya, İngiltərə, Cin və sair hegemon dövlətlərin birbaşa yaxudbilavasitə təşkilatçılığı ilə həyata keçirilir.



XX əsrinən böyük soyqırımları

Soyqırım deyiləndə ilk yada düşənhindular olur. .Amerikanınaborigen əhalisi olan hindular demək olar ki, qitəyə köçmüş avropalılar tərəfindəntamamilə qırılıb məhv ediliblər. Onları qırıb kökünü kəsən cinayətkarlar isəindi də ABŞ və Kanada tərəfindən milli qəhrəman hesab edilir. ABŞ, Kanada ərazisində114 milyonluq yerli əhalidən 95 milyonu qırılıb.

Holokost (yunanca "holos” (bütün) və "kaustos” (yanmış, köz olmuş) zamanıfaşistlər tərəfindən təxminən 6 milyon yəhudi sistemli şəkildə öldürülüb.



"Yəhudisoyqırımı" digər adıylaHolokost - yəhudi millətinin II Dünya Müharibəsiillərində faşist rejimi tərəfindən kütləvi surətdə qırılması, dünya dasoyqırımı kimi tanınması 1933-1945-ci illəri əhatə edən bir prosesi gözlər önünəsərir. Amma Hitler əslində yəhudilərin kökünü kəsmək qərarını 1925-ci ildəyazdığı "Mein Kampf" (Mənim mübarizəm) adlı kitabında çoxdanaçıqlamışdı. 1939-cu ildə Almaniyadakı bütün yəhudilərin toplanıbPolşadagettolara yerləşdirilmələri qərarı verilmişdi. 1940-cı ildəPolşada sayısürətlə artan gettolarda aclıqdan, soyuqdan və epidemiyalardan çoxlu insanölürdü. Gettolarda ölüm artıq o qədər təbii idi ki, səkilərdə acından ölmək üzrəolan insanlarla və cəsədlərlə kimsə maraqlanmırdı. 9 oktyabr 1941-ci ildənetibarən bütün yəhudilərin yaxşı görünən şəkildə olmaqla, Davud ulduzusimvolunu üzərilərində daşımaları məcbur edilirdi. Almaniyada yaşayan yəhudilərinevlərinə "burda bir yəhudi yaşayır”, - deyə yazı, ya da Davud ulduzuyapışdırırdılar. Almaniyadakı son yəhudilərə ət, buğda, süd, bal kimi qidalar,xəstə yəhudilərə dərman vermək qadağan edilir.1 sentyabr 1939-cu ildə konkretolaraq yəhudi soyqırımına start verilib. 1939-41-ci illərdə ruhi və fiziki əlillər"qaz otaqlarına” doldurularaq öldürülürdülər. Qətliamın bu dövründə faşist həkimlərəlil qurbanlar üzərində çox sayda yeni öldürmə metodları yoxlamışdılar. Qazmaşınları ilə öldürmə metodu da faşistlərin gözlədikləri təsiri verməyincə nəhayətFabrik üsulu ilə sənayesi qurulmağa başlandı.
Artıq heyvan vaqonları yəhudilərlə doldurulub bu fabriklərin içinə qədərqatarla aparılırdılar. Duş otağı görünüşünə sahib olan qaz otaqlarına yəhudilərçox etiraz etmədən toplu halda girirdilər. Beləcə rahatlıqla, ən təsirli öldürməqazı olan "Zyklon B" bu otaqlara nasosla vurulur və insanlar məhvolurdular. Bu qaz 20 dəqiqə davam edən çox əziyyətli bir ölümə gətiribçıxarırdı. Sonra bu cəsədlər, sırf bu məqsəd üçün çıxarılmış olan sobalardayandırılırdı.


Katın qətliamı-1940-cıilin aprel-may aylarında SSRİ Xalq Daxili İşlər Komissarlığına bağlı qüvvələr22000 polyak zabit və ziyalısını məhv etdi. Qırğınların Kalinin, Xarkov və başqa şəhərlərdəyerləşən həbsxanalarda da törədilməsinə baxmayaraq, aşkara çıxarılan ilk kütləviməzarlar Katın meşəsində olduğu üçün bu dəhşətli qətliam tarixə Katın qırğınıadı ilə yazıldı. Qırğınlara Beriyanın əsir götürülən bütün polyakzabit və ziyalıların edamı təklifini Sov.İKP MK Siyasi Bürosu təsdiqlədikdənsonra başlandı. Qətlə yetirilənlərin 8000-i Polşanın 1939-cu ildə işğalı zamanıəsir götürülən zabitlər, 6000-i polis zabiti, 8000-i SSRİ-nin kəşfiyyatçı, mülkədar,təxribatçı, fabrik sahibi, rahib və vəkil olaraq qəbul etdiyi polyak ziyalılarıidi. Polşa ordusunun zabitləri və ziyalılar çoxmillətli idi. Öldürülənlərinarasında polyaklar, ukraynalılar, belaruslar, Polşa yəhudi icmasının başravvini Baruç Steynberqin də olmaqla yəhudilər vardı.


BelarusiyanınMinsk vilayətinin Loqosk bölgəsinin keçmiş kəndi Xatın yer üzündən silinib. 22 mart 1943-cü il tarixli uğursuz faciəligündən əvvəlki gecədə Xatın kəndindin 6 km aralıda partizanalr alman qərargahmaşınını partladaraq aradan çıxmışlar.Partlayan maşınıniçərisində 118-ci mühafizə polisinin zabitləri olub.OnlardanhauptmanHans Völke yüngül atletika üzrə olimpiyaçempionu olmuş ilk almandır. Almanların qənatəinə görə hadisəni törədənlərXatın kənd sakinləri və ya bu kənddə gizlənən partizanalrolabilər.Qoca, uşaq, qadınhamı məhv edilib.149 nəfər taxta binayayığılaraq yandırılıb.Onlardan 75-i uşaq olub.

"Şauliçi" Belarusiyanın ən böyükabidələrindən biridir, "odlu kəndlərin" acı taleyini xatırladır. 7iyul 1943-cü ildə edilən cəza əməliyyatı zamanı almanlar burada 366 nəfəri, ocümlədən 120 uşağı güllələdilər.

1945-ciil6 avqust Xirosimaya və 9avqust Naqasakiyə atom bombaları "Enola Gay” təyyarəsinin 12 nəfərlikheyəti-ABŞ bombardmançıları tərəfində atıldı. Nəticədə Xirosimada 140 mindənçox insan həlak olub. Naqasakidə isə nüvə silahının qurbanlarının sayı 70 mindənartıqdır.



Serebnitsasoyqırımı- Yuqaslaviyanın dağılması nəticəsində onun tərkibində olan Bosniya (müsəlman əhali)1992-ci ilin fevral ayında referendumla öz müstəqilliyini elan etdi.Lakin Bosniyanın müstəqiliyini tanımayan serblər Saray-Bosniyanı mühasirəyəalaraq 3 illik müharibəyə başladılar. 1995-cilin iyul ayında serb qüvvələrisistemli şəkildə apardıqları qətliam nəticəsində təkcə Bosniyada 8,372 insanı qətləyetiriblər. Yüzlərlə qadına və qıza təcavüz ediblər. Bir gün içərisində20000 insanı Serbiyadan qaçqın ediblər. Serb hücumlarından qaçan minlərləbosniyalı BMT-nin"təhlükəsiz bölgə" adı ilə yaratdığı və 400holladiyalı sülh qüvvələri tərəfindən qorunan Srebenitsaya sığındılar. Onlardan25000 bir akumlyator fabrikinə yerləşdirildi. Lakin tezliklə onların hamısı eləbu sülh qüvvüləri tərəfindən Ratko Mladiç adlı serb komandirinə təslim edildi.Burada insanlar kütləvi olaraq qırıldı. Bosniyada 3 il davam edən müharibədə312000 insan həlak olub. 2 milyon insan evindən qqaçqın düşdü. 27234 insanümumiyyətlə itkin düşdü. Kütləvi məzarlıqlarda 20000 çox insanın cəsədiaşkarlanıb. Onlardan 18000-nin şəxsiyyəti müəyyənləşdirilib. Yerdə qalanların şəxsiyyətininmüəyyənləşdirilməsinə yandırılıb basdırılmaqları səbəb olub. Hər il yenə oradakütləvi və müstəqil qəbirlər aşkarlanır.

Ruandada soyqırımı-1994-ci ildə, təxminən yüz gün ərzində 800 min tutsi və huduların öldürməsihadisəsidir. Soyqırımı həyata keçirən Hutu hökumətinin o dövrdə ənyaxın müttəfiqi Fransa olması səbəbiylə Ruanda soyqırımından ən çox məsultutulan ölkədir.

Əlcəzair soyqırımı- 1954-62-ci illərdə davam edənmüstəqillik mübarizəsi əsnasında Əlcəzair qiyamını ört-basdır etmək üçün 1.5milyon insan qətli olaraq qəbul edilib. Fransa rəhbərliyi, Əlcəzair qiyamınıyatırtmaq üçün fransızlara böyük dəstək verib.



Yazınınəvvəlində qeyd etdik ki, soyqırımları, qətliamlar, qırğınlar böyük (güclü) dövlətlərinkicik (zəif) dövlətlərə qarşı cirkin siyasətidir.

Bu yazımla soyqırıma mətuz qalmış tək dünyaetniklərinə, xalqlarına, dövlətlərinə deyil, dəfələrlə soyqırım yaşamış xalqımada kədər və ehtiramımı ifadə etməyə calışdım. Mənim xalqımda düz 1813-cü ildənüzü bu yana arada fasilələr olmaqla müxtəlifillərdə soyqırım dəhşətləri yaşadı. 1813-1828, 1905-1907, 1917-1918, 1920-33,1940-45, 1948-53, 1989-1994....

Sizcə,ürəyim yana-yana yazdığım bu yazımda soyqırımçılar hegemon deyilmi?Yaxud da əksinə hegemonlar soyqırımçı deyilmi?

Əntiqə Rəşid