adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
15 Fevral 2020 20:22
15503
DÜNYA

Dünyanın hərbi xərcləri 1,7 trilyona çatdı

Dünya ölkələri 2019-cu ildə silahlanma və müdafiə xərclərinin həcmini 4% artırıb.

Bu məlumat Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun hesabatında yer alıb. Ümumilikdə dünyanın hərbi xərcləri 1,7 trilyon dolları keçib.

Dünya ölkələri arasında müdafiə xərclərinə görə ilk yeri ABŞ tutub. Ondan sonrakı yerlərdə Çin və Səudiyyə Ərəbistanı gəlir.

Rusiya, Hindistan, Britaniya, Fransa, Yaponiya, Almaniya və Cənubi Koreya növbəti pillələrdə qərarlaşıb.