adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Yanvar 2017 12:20
6511
SİYASƏT

Dünyanın gözlədiyi görüş başlayır

Bu gün Qazaxıstanın Astana şəhərində Suriya üzrə danışıqlar keçiriləcək.


Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Astana danışıqları 24 saat davam edəcək. 

Məlumatda qeyd olunur ki, görüş mətbuat üçün qapı olacaq, Astana görüşü yanvarın 23-də başlayıb və yanvarın 24-də eyni saatda başa çatacaq. Görüş Astanadakı "Rixos Prezident" otelində keçirilir.

Suriya müxalifətinin nümayəndələri və Suriya hökumətinin nümayəndə heyəti Astanaya gəlib. 

İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanadadır. BMT-nin xüsusi elçisi Staffan de Mistura da Suriya üzrə danışıqlarda iştirak etmək üçün Astanaya gedib. ABŞ Astanaya ayrıca nümayəndə heyəti göndərməyib, Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.