Dünyanın ən sülhsevər ölkələri açıqlanıb - SİYAHI
İqtisadiyyat və Sülh İnstitutu 2018-ci il qlobal sülh reytinqini tərtib edib.
Trend-in məlumatına görə, reytinqdə birinci yerdə İslandiya qərarlaşıb.
Bu ölkədə kriminal vəziyyət ən minimal səviyyədədir. Belə ki, İslandiyada hər 100 min nəfərə 1,8 qətl hadisəsi qeydə alınıb.
Yeni Zelandiya ikinci, Avstriya üçüncü yerdə qərarlaşıb. İlk onluqda həmçinin Portuqaliya, Danimarka, Kanada, Çexiya, Sinqapur, Yaponiya və İrlandiya yer alıb.
Qeyd edək ki, qlobal sülh reytinqi ölkələrdə kriminal vəziyyəti, terror aktlarını, silah idxalı və ixracını, məhkumların sayını və digər amilləri nəzərə almaqla tərtib olunur.
Digər Xəbərlər
28 Aprel 2024 10:08
Rusiyada zəlzələ olub
27 Aprel 2024 17:49Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
27 Aprel 2024 17:32Fidan Səudiyyəyə gedir: Fələstin dövlətinin tanınması...
27 Aprel 2024 17:30Meral Akşener bu sözlərə İYİ partiyanı tərk etdi
27 Aprel 2024 16:45