Dünyanın ən populyar futbolçusu terrorçu elan olunub
Misir millisinin sabiq futbolçusu Mohammed Abutrikanın adı ölkədə qadağan olunmuş "Müsəlman qardaşları” İslam Hərəkatı ilə şübhəli bilinən terrorçular siyahısına daxil edilib.
Adalet.az-ın saytının məlumatına görə, bunu futbolçunun vəkili Mohammed Osman açıqlayıb.
Adı terrorçular sırasında göstərilənlərin hər birinə ölkədən çıxış qadağan olunub, hesabları dondurulub, pasportları etibarsız elan edilib. Vəkilin sözlərinə görə, Abutrika ona qarşı irəli sürülən ittihamlardan xəbərsiz olub və bu qərardan apelyasiya verəcək.
Misir hökuməti hələ 2015-ci ildə Abutrikanın şəriki olduğu turist şirkətinin bütün hesablarını dondurmuşdu. Buna səbəb "Müsəlman qardaşları” İslam Hərəkatına maliyyə dəstəyi verməsi göstərilmişdi. Futbolçu özü isə bu ittihamları təkzib etmişdi.
Qeyd edək ki, Abutrika 2006-cı və 2008-ci illərdə Misirin heyətində Afrika Millətlər Kubokunun qalibi olub. O, 2007-ci və 2008-ci illərdə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) keçirdiyi sorğuya əsasən dünyanın ən populyar futbolçusu seçilib.
Digər Xəbərlər
05 May 2024 09:57
“Barselona” 32 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif etdi
05 May 2024 09:33Luka Modriç “Real Madrid”in tarixinə düşdü
05 May 2024 00:19Real Madrid” 36-cı dəfə İspaniya çempionu oldu - YENİLƏNİB
04 May 2024 13:37Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 10:29