Dünyanı heyrətə salan anakonda öldürüldü
"Ana Culiya" ləqəbli səkkiz metrlik anakonda Amazon cəngəlliyində ölü tapılıb.
Adalet.az xəbər verir ki, onun sağlığında çəkilmiş görüntülər bir neçə həftə əvvəl bütün dünyaya yayılmışdı. Bu barədə "Daily Mail" məlumat yayıb.
Anakonda 7,9 metr uzunluğunda idi və dünyanın ən uzun ilanlarından biri idi. Kəşf haqqında ekspedisiyanın iştirakçılarından biri olan niderlandlı alim Frik Vonk məlumat vermişdi. Martın əvvəlində yayımlanan videoda "Ana Culiya" ilə üzən odur.
Vonk sosial şəbəkədə "Ana Culiya"nın indiyə qədər gördüyü ən böyük ilan olduğunu yazıb. Onun sözlərinə görə, anakonda insanlar tərəfindən öldürülüb:
"Ürəyimdəki ağrı ilə sizə bildirmək istəyirəm ki, üzdüyüm nəhəng anakonda çayda ölü tapılıb. Mən müxtəlif mənbələrdən onun güllələndiyini eşitdim, baxmayaraq ki, hələlik ölüm səbəbi ilə bağlı rəsmi təsdiq yoxdur. Eyni zamanda çox kədərli və qəzəbliyəm"./publika.az
Digər Xəbərlər
26 Dekabr 2025 10:10
Buryatlar: Baykal gölünün sahiblərı - (VI yazı)
24 Dekabr 2025 13:01
Günün Lətifəsi
23 Dekabr 2025 12:20
Rusiyalı alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
22 Dekabr 2025 09:00
Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə... (V yazı)
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50


Bakı -°C

