adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Noyabr 2016 14:42
200404
RUBRİKA

Dünyanı düşündürən insan – HƏR ŞEYƏ RƏĞMƏN bunu bacardı

Nik Vujiçiçadını bəlkə də çoxları eşitməyib. Ancaq bu şəxsi görənlər dərhal tanıyır. Məndə tanımırdım. O vaxta qədər ki, xarici mətbuatda bir məqalə ilə rastlaşdım. Buqəhrəman haqqında oxuduqlarım məni həqiqətən təəccübləndirdi. Məqaləni oxuduqcatüklərim biz-biz olurdu. Təəccüb təlatümü məni ağuşuna aldıqca Niki daha çoxaraşdırmağa başladım. Videolarını tapdım, kütlə qarşısında mənalı fəlsəfi vəhəyat dolu çıxışlarını izlədim. Açığı bir az da utandım, öz adıma məyus oldum.Yaşı gənc olan bu şəxsin həyatla mübarizəsi insanı iki gözü açıq buraxır.Ətrafımdakı sağlam insanların özlərinə dərd etdikləri mənasız və lüzumsuzproblemləri düşündükcə üzülürdüm. Biz iki ayağımız və iki əlimiz olduqcahəyatdan şikayət edirik, halbuki Nik Vujiçiçin nə əlləri var, nə ayaqları. Onunkitabları çap olunub. Motivasiya yönlü bir sıra mülahizələri ilə milyonlarlainsanın rəyini və şüurunu qət edib. Onu tanıyan hər kəsə özünü şəxsiyyətinitanıdaraq nümunə aurası yaradıb. Nikini indi dünya tanıyır və dünya sevir.Çünki o hər şeyə rəğmən mübarizə aparır.

Həyatda dərd etdiyimiz və "Niyə buhəmişə mənim başıma gəlir” dediyiniz hadisələr sizə xoşbəxtlikdən uzaqlaşdıranzaman bu insanın hekayələrini oxuyun. Əslində həyatın nəhəng bir sınaqolduğunu unutmayın!

Son illər bir çox nəşrlər onların fikrincə uğur qazanmış insanlarınhəyat prinsiplərini dərc edir və durmadan paylaşırlar. Bu prosesin mezanizmiaydındır – əgər həmin bu şəxs həyatda uğura nail olubsa onun buyurduğuprinsiplərə riayət etməklə biz də eyni uğura nail ola, zənginlik əldə edə biləvə xoşbəxt ola bilərik. Bəlkə bundan daha artıq, biz də öz şəxsi uğurumuza nailolduqdan sonra bizim də haqqımızda məqalələr dərc edərlər…

Təəssüflər olsun ki, bu metod heç də həmişə işə yaramır. Ona görə yoxki, bu qaydalar pisdir və yaxud biz piz şagirdik. Bu ona görədir ki, buqaydalar yalnız bir insan üçün keçərlidir. Çünki bu qaydaları yaradan insanhəmin qaydaları artıq real olaraq yaşayıb, onlara inanıb və belə desək sınaqdankeçirib. Buna görə də, həmin qaydaları kor-koranə şəkildə mənimsəmək və onlarariayət etməyin heç bir mənası yoxdur. Bu sizə sonda heç bir müsbət nəticəyəzəmanət vermir. Buna baxmayaraq, insanlar daim bu tip prinsipləri oxuyur və özhəyatında tətbiq etməyə çalışır. Bəlkə işə yaradı?

Məsələ ondadır ki, hər birimiz üçün xoşbəxtlik kriteriyaları kifayətqədər fərqlidir. Həyatda uğur qazanmış biznesmenlərin, yazıçıların uğurprinsiplərindən fərqli olaraq sözün əsl mənasında həyatda qalmaq üçün əslmübarizə göstərmiş insanların həyat prinsipləri müəyyən mənada fərqlənir. Beləinsanların həyat prinsipləri özlüyündə motivasiya yüklüdür və sadəcə onlarıozumaqla belə insanlar rahatlıq əldə edə bilir. Belə insanlardan biri də, birçoxlarımızın artıq çox yaxşı tanıdığı Nick Vujicic-dir.

Nick Vujicic-in prinsipləri həyatda xoşbəxtlik axtarışında olaninsanlar üçün mükəmməl bələdçidir. Beləliklə, aşağıda həyatın çox ağırsınaqlarından keçmiş və hər şeyə rəğmən axtardığı xoşbəxtliyi tapmış bu şəxsinəsas həyat prinsiplərini təqdim edirik:

Həyatdaəsas yolun axtarışı yaxın məsafəyə qaçış deyil, marafondur.

Ətrafındakı insanlara xidmət etmədən həyatın mənasını anlamaq mümkündeyil. Ödənilmiş cari hesablar hələ hər şey demək deyil.


İntihar etmək istədi, həyatı kəşf etdi

1983-cü ilin 4 dekabrı Avstraliyanın Brisbenşəhərinin xəstəxanaların birində bir oğlan uşağı dünyaya gəlir. O doğulandahəkimlər təşvişə düşmüşdülər. Nik Tetra-amelia sindromundan əlləri vəayaqları olmadan dünyaya gəlir. Bu xəbərivalideyninə necə çatdıracaqlarını düşünürdülər. Doğuş stolunda olan ananın hələki, heç nədən xəbəri yox idi. Həkimlər atanı çağırıb hər şeyi dedilər və uşağıona göstərdilər. Şoka düşən ata arvadına nə deyəcəyini düşünürdü. Onun yanınagəldi. Gözlərinə baxmağa cəsarət etmədən yalnız bir söz deməyə gücü çatdı: "Bizim oğlumuz çox gözəldir...

Nik adını qoyduqları bu oğlanı gənc ana dörd ayqucağına ala bilmir, əmizdirməkdən imtina edir. Ancaq uşaq böyüdükcə həyata
"dördəlli sarılırdı. Hətta yeriməyə cəhdedirdi. Sadəcə bir balaca dayaq rolunu oynayan ayağı sayəsində. Sonralar o, buayağını əl kimi istifadə edir, hətta hovuzda belə üzə bilirdi. Nikin buinkişafı ailəsinin onunla bağlı ümidsizliklərini tamamilə unutdururdu. Evdəkibir çox texnikalar, hamamda tuş, demək olar ki, hər şey Nikin onlardan rahatistifadə edəcəyi vəziyyətdə quraşdırılmışdı. O, yazmağı bacarır, kompüterdənistifadə edir, ağlı ilə hamını heyrətləndirirdi.

Ancaq məktəbdə hər şey o qədər də asan olmadı.Nik uşaqlarla dil tapmaq, onlara özünü qəbul etdirmək üçün çalışırdı. Təbii ki,bir gün ümidləri tükəndi. Və bu dünyada hamıya yük olduğu qərarına gəldi.Vannada çimərkən suyun altına girib, özünü boğmağa cəhd etdi. Amma son andafikrindən daşındı. Axı atası, anası, bacısı, qardaşı onu çox sevirdilər. Onlarabu acını yaşatmağa dəyərmi?!


Məhz bundan sonra o, gələcəyi barədə düşünməyəbaşladı.Qısa zamanda tək işgörməyə başladı, bədənində olan təkcə iki ayaq barmağı ilə yazmağa başladı.Daha sonra kompüterdə işləməyi, tennis oynamağı, zərb ifa etməyi, hətta saçınıdaramağı və təraş olmağı öyrəndi.


17 yaşlı Nik artıq orta məktəbdə şagirdlərinə mülahizələr söyləməyə başladı.Qısa zamanda nüfuzu artan bu istedadlı gənc "Life Without Limbs”, yəni "Üzvsüzhəyat” adlı klub yaratdı. 21 yaşında ikən Vujiçiç ilk kitabını yazdı və özmühazirələrini bir yerə toplayaraq onları DVD halına gətirdi və satışa təqdimetdi. Kifayət qədər alıcısı olan bu DVD-lər Nikin şöhrət pilləsinə aparmağabaşladı. Dünya mediasında bir sıra tanınmış internet saytları və xəbərportallarında həftələrlə gündəmdən düşməyən mövzuya çevrildi.

Nik Vujiçiçin kitablarına gəlincə isə, onun "Hüdudsuzhəyat” adlı kitabı milyonların sevimlisinə çevrilib. Nik Vuyçiçin bu kitabı,çətinlikləri aşmaq, özünə inam və xoşbəxtlik haqqındadır. Nik fiziki problemlərivə daxili təlatümləri haqda çəkinmədən danışır, fiziki durumu ilə barışmağın nəqədər çətin olduğunu, hətta intihar etmək istədiyi anlardan bəhs edir.

Nik problemlərinin maneələrdən deyil, qarşıya böyük məqsədlər qoyub,sonra onlara doğru can atmamaqdan doğduğunu anlamaq üçün xeyli şeylər yaşamalıolur.

O, sözün həqiqi mənasında əlsiz-ayaqsız şəkildə həyat pillələriniqalxmağı öyrənib. Nik bu kitabda ona yardımçı olmuş həyat qaydalarından bəhsedib, onları oxuculara təqdim edib.

Artıq buşəxsi görmək və çıxışlarını canlı izləmək üçün okeanı adlayıb gələnlər dəvardı. İnsanları fiziki məhdudiyyətinə deyil, həyata bağlılıq və düşüncəfəlsəfəsinə cəlb edən bir şəxsiyyət formalaşdı. Çox keçmədi ki, bir sırafilmlərdə çəkilməyə başladı. Həyatının növbəti 10 ili ərzində 25 ölkədəkeçirilən konfranslarda iştirak edərək 3 milyondan çox insanın qarşısındahəyatından danışdı. Bəşəri şüurları düşündürməyi bacardı. Hər zamançıxışlarında ruhdan düşməməyin həyatda əsas prioritetlərdən biri olduğunu deyənVuriçiç ümid və pozitiv düşüncələrin həyatda tutmaq üçün çox vacib olduğunuvurğulayır.
"Hər şeyə rəğmən” yaşayan və yaşadan bu şəxs həyatının növbəti mərhələsindəgələcək həyat yoldaşı Kanae Miyahara ilə tanış olur. Ondan sağlam bir övladlarıdünyaya gəlir.
Və həyata keçmədiyi və ruhdan düşmədiyi üçün bu an "MƏN XOŞBƏXTƏM və HƏYATIYAŞAMAĞI SEVİRƏM” deyə bilir!

Rüfət Soltan