adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
31 May 2020 17:05
16483
MƏMLƏKƏT

Dünyamız yaxşı insanlarla gözəldir

Dünya ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusinfeksiyasının (COVİD-19) yayıldığı, insanların öz sağlamlıqlarına daha həssasyanaşdığı, fədakar həkimlərimizin gecə-gündüz bilmədən iş başında olduğu birvaxtda səhhətimlə bağlı təxirəsalınmaz tibbi yardım üçün akademik 

C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunun həkimi MətanətPaşayevaya müraciət etməli oldum. Tanımadığım, hətta adını belə bilmədiyim MətanətPaşayevanın gərgin iş rejimindən çıxmasına baxmayaraq məni gülərüzlə qarşılamağı və dinləməyi, xoşsözlərlə xəstəlik tarixçəmlə maraqlanmağı və nəhayət zəruri tibbi məsləhətlərverməyi elə ilk dəqiqlərdə məndə xoş təəssüratlaryaratdı. Hippokrat adına sadiq qalan Mətanət xanımın nurlu simasındakımehribançılıq, tanımadığı bir insana munis hisslərlə qayğı göstərməsi sanki mənəxəstəliyimi unutdurdu, ağrı-acılarımı azaltdı.

Müalicəmlə bağlı Mətanət Paşayeva ilə növbəti görüşlərdəyaxşı əməlləri ilə insanların sevgisini qazanan, müqəddəs peşəsi, şəfalı əlləriilə neçə-neçə xəstəyə şəfa verən,sağlamlıq bəxş edən bu nəcib insanı daha yaxından tanıdım.

Əslən Şuşadan olan Mətanət Paşayeva orta təhsil aldıqdansonra Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunub. Qısa müddətdəistedadı, işgüzarlığı, təlim-tərbiyəsi ilə professor-müəllim heyətinin rəğbətiniqazanıb, universitetin qabaqcıl tələbələrindən sayılıb. O, universiteti 1993-cüildə başa vuraraq əmək fəaliyyətinə başlayıb. Uzun illər insanların sağlamlığınınkeşiyində dayanan Mətanət Paşayeva xəstələrin şəfa tapması üçün əlindən gələni əsirgəməyir,gecə-gündüz yorulmadan onların qulluğunda durur. Beləcə, Mətanət Paşayeva sənətinin,peşəsinin qəhrəmanı, əsil tibb fədaisi kimi qəlblərdə yaşamaq səadətiniqazanaraq neçə illərdir ki,sağaltdıqları xəstələrin sevincini yaşayır.

Mətanət Paşayeva hər zaman istedadı, işgüzarlığı, bacarığıilə seçilib. O yaxşı dərk edir ki, həkimlik bir insan üçün ömür boyu öyrənməyi,yenilənməyi, daim müasir fikirlər, çarələr axtarmağı tələb edən bir peşədir. Budüşüncələrdə olan Mətanət Paşayeva ali təhsil aldıqdan sonra da, həkimlik peşəsininsirlərini daha dərindən öyrənmək üçün Türkiyədə, Avstryada, Ukraynadaixtisasartırma kurslarında olub.

Həkim peşəsi olduqca məsuliyyətli və çətindir. Həkimlik eləbir sənətdir ki, təkcə burda həkim biliyi kifayət eləmir, eyni zamanda buradanatiqlik, insanlarla ünsiyyət yaratmaq, onlarda inam aşılamaq mühüm əhəmiyyət kəsbedir. Bu qədim sənəti seçən hər birinsan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etməkhissindən həzz almalı, həyat üçün məsuliyyət daşımağı bacarmalıdır. XöşbəxtlikdənMətanət Paşayeva uzun illərin gərgin əməyi hesabına bu keyfiyyətləri özündəehtiva etməyi bacarıb. Akademik,infeksiyaçı alim A.F.Bilibinin "Həkimliyi öyrənmək, əslində, insanlığı öyrənməkdir.Əsl həkim üçün təbabət yalnız sənət deyil, bütünlüklə onun həyatıdır” müdrik kəlamı Mətanət Paşayevanın həyat kredosu olub.

İnsan özünü əməli və şəxsi ləyaqəti ilə təsdiqlədiyi kimi, MətanətPaşayeva da gözəllik qanunları iləqurub-yaratmağı sevir, həyat həqiqətinə olan güclü inamı, mənəvi zənginliyi,saflığı ilə seçilir. Xeyirxahlıq, qayğıkeşlik, seçdiyi həkimlik peşəsinin müqəddəsliyiniqorumaq, nüfuzunu saxlamaq Mətanət Paşayevanın ali məqsədidir.

Zəngin enkslopedik biliyə malik olan Mətanət Paşayeva həm dəQarabağ sevgıli vətənpərvər xanımdır. Şuşa ilə bağlı onun maraqlı söhbətləribitib-tükənmir. Ulularından yadigar qalmışxatirələri, əslində isə tarixi faktlar Qarabağın – Şuşanın hansı millətəməxsus olduğunu bir daha ortalığa qoyur. Onu da qeyd edim ki, uzun illərQarabağla bağlı müxtəlif mənbələrdən qaynaqlanan söhbətlərin içərisində olsamda, ilk dəfə olaraq bir sıra diqqətçəkən faktları məhz Mətanət xanımdaneşitdim. Bəli, şəfalı əllər sahibi olan Mətanət Paşayeva həm də Qarabağla bağlımaraqlı və xüsusi bir sevgi ilə etdiyi söhbətləri ilə Qarabağ nisgılli mənəvidünyamıza da məlhəm olmağa çalışır. Beləcə, MətanətPaşayeva kimi insanlarla dünyamız gözəldir…

HikmətXudiyev,

əməkdarjurnalist, tarix üzrə fəlsəfə doktoru

.