Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu keçdi
Dünyada koronavirusa yoluxma hallarının sayı sutkada 6,4 mindən çox artaraq 10,08 milyonu keçib. Ölənlərin sayı 501 mini keçib.
Adalet.az-ın məlumatına görə, 6 430 nəfər yeni koronavirusa yoluxub, 672 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 10 081 545, ölənlərin isə 501 298 nəfərə çatıb.
Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 4 816 794 yoluxma və 238 762 ölüm halı.
İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 638 903, ölənlərin sayı isə 196 169 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 006 279 yoluxma və 22 964 ölüm halı qeydə alınıb.
Digər Xəbərlər
02 May 2024 10:15
Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15Həftəsonu yuxusu depressiyanı azaldır
27 Aprel 2024 09:19