adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Oktyabr 2014 15:40
4809
MƏDƏNİYYƏT

Dünya teatrşünasları Bakıya toplaşacaqlar

Noyabrın 5-6-da Mədəniyyət və Turizm Nazirliyi, AzərbaycanMilli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqınıntəşkilatçılığı ilə III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Adalet.az Mədəniyyətvə Turizm nazirıliyinə istinadən xəbər verir ki, "Azərbaycanteatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq təşkil edilənkonfrans dünyanın nüfuzlu teatr qurumlarının təmsilçilərini və mütəxəssisləribir araya gətirəcək. Konfransda ASSİTEJ (Uşaq və Gənclər Teatrları BeynəlxalqAssosiasiyası), UNİMA (Beynəlxalq Kukla Teatrları Assosiasiyası), İTİ(Beynəlxalq Teatr İnstitutu), OİSTAT (Teatr Rəssamları, Texniki İşçilər vəMemarların Beynəlxalq Təşkilatı), İFTR (Beynəlxalq Teatr TədqiqatlarıFederasiyası) kimi nüfuzlu təşkilatların baş katibləri və prezidentlərinin,eləcə də plenar iclaslarda müəyyən edilən mövzular üzrə nüfuzlu mütəxəssislərinməruzələrlə çıxış edəcəyi gözlənilir. 

 

Qeyd edək ki, III Bakı Beynəlxalq TeatrKonfransına ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, CAR, Hollandiya,Avstraliya, İrlandiya, Rusiya, BƏƏ, İspaniya, Mərakeş, Kuba, Ukrayna, Polşa,Türkiyə, Estoniya, Gürcüstan, Bolqarıstan, Almaniya, Yunanıstan, İsrail,Küveyt, Makedoniya, Oman, Suriya, Finlandiya, Bəhreyn, Avstriya, Hindistan,İraq, İran, Litva, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Rumıniya, Kolumbiya və s.ölkələrdən nümayəndələrə qatılacaq. Dünya teatr sənətinin müasir problemlərielmi müstəvidə təhlil olunacaq, mütəxəssislər fikirlərini bölüşəcəklər.
Tədbirçərçivəsində "Müasir teatrşünaslıq" (akademik Nelli Korniyenko,Ukrayna), "Rejissor və aktyor sənəti" (Paddi Kannin, BöyükBritaniya), "Səhnəqrafiya" (İosif Yuçupov, ABŞ və Luis Yansen,Hollandiya) mövzularında treninqlər keçiriləcək, fikir mübadiləsi aparılacaq.


Xatırladaqki, Bakıda ilk beynəlxalq teatr konfransı 6-7 noyabr 2010-cu il tarixdə, ikinciforum isə 5-6 noyabr 2012-ci il tarixdə keçirilib və beynəlxalq sənətdünyasında böyük maraq doğurub.
DövlətMusiqili Teatrında gerçəkləşəcək budəfəki konfrans «Teatr sənətininmultikulturalizm-universal dəyərlər sistemində yeri» mövzusuna həsr olunub. 
Beynəlxalqkonfransla yanaşı, noyabrın 4-də və 7-də treninqlərdə təşkilolunacaq. Noyabrın 4-də keçiriləcək mətbuat konfransında tədbirinproqramı barədə geniş məlumatın veriləcək.