adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Mart 2020 09:00
44215
ŞOU-BİZNES

Dünya şousundan seçmələr: ayrılıqlar, yeni eşqlər, həyəcanlı paylaşımlar...

Deyilənə görə, ABŞ-ın pop ulduzuBritni Spirs bədnəzərə tuş gəlib. 38 yaşlı müğənni rəqs edərkən ayağını sındırıb.Bu səbəbdən də xəstəxanalıq olub. Bununla bağlı müğənninin sevgilisi 26 yaşlıSem Asqari öz "Instagram” səhifəsində məlumat paylaşıb. Amma dəqiqbədəqiq söyləməyibki, Britni harda rəqs edirmiş, kimin xeyir iş məclisiymiş, kiminlə oynayırmış,nə qədər icmişimiş? Xəbəri də beləcə alayarımıq xəbər verirlər, bütöv xəbərdemirlər ki,narahatcılığımız, həyəcanımız, təşvişimiz sakitləşsin. Britnidəntam da 12 yaş balaca olan Sem Asqari ətraflı məlumat verməyəya hövsələsiçatmayıb, ya da yaşı…



Yaşdemişkən, xəbəriniz oldumu? Türkiyəli pop müğənni və aktrisa, Türkiyədə, Türkpop musiqisinin "Superstar"'ı olan74 yaşlı Ajda Pekkan sevgilisindən ayrılıb. Son illər isə özündən22 yaş kicik olan Bülənt Çavuşoğlu adlı iş adamı ilə tam 8 ildir bir yerdəyaşayırmışlar. Münasibətləri boyunca tez-tez küsüb, barışan cütlüyün bu dəfə qərarlarındaciddi olublar. Ayrılıblar. Hətta Ajdanın sevgilisi ondan ayrılarkən vidanitqində kədərlə deyibki, əzizim gələcək sevgində sənə uğurlar dilərim…”Gələcəksevgində” haaa…Dünyanın sevilən"Superstar"'ını dolayır bu? 8 il Ajdanın villasındayeyib-içib, kefedib dincəlmisən, ayrılan kimiadamı ələ salarlar??? Sazlı-Telli demiş, elə sənin ajığına Ajda bir də sevəcək.


Türkiyəninməşhur müğənnisi Sərdar Ortac 4-5 il əvvəl irlandiyalı nişanlısı Xloe Luqnanlaevlənmişdi axı... Toy elə bir toy olmuşdu ki, uzun müddət camaatın ağzına mövzuolmuşdu. Nikah mərasimində müğənni əvvəlcə xristian adətlərinə uyğun olaraqkeşişin qarşısına keçmişdi, onun dediklərini ingiliscə təkrarlamışdı. Dahasonra isə bələdiyyə sədrinin müavini onların rəsmi nikahını elan etmişdi. Birçox məşhurun iştirakıynan toy mərasimi gecə saatlarına qədər davam etmişdi.Xloexanım xoşbəxtliyinin qədrini bilmədi, ayrıldılar. Elə indicə eşitmişəm ki, SərdarOrtaç bu ayrılığa cox da dözüş gətirə bilməyib, özünə yeni sevgili tapıb. Həttayeni sevgilisi Seçil Gür ilə sarmaş-dolaş bir ticarət mərkəzindəki restorandakameralara tuş gəliblər. Nəsə, olan Xloeyəoldu.


Son zamanlar həddən artıq kiloverməsi ilə gündəmə gələn dünya şöhrətli müğənni Adelin aqressivliyi izləyicilərindiqqətini çəkib.31 yaşlı müğənninin "Instagram”dayayılan fotosunda aqressivliyi tam əks olunub. Həddindən artıq arıqlayanulduzun son davranışları onun psixi vəziyyətinin yaxşı olmadığından xəbərverir. Onun qışqırması və aqressiv davranması sosial şəbəkələrdə müzakirələrə səbəbolub. Adel bizim rayonnumuz olsaydı, ağbirçək nənələr məsləhət verərdilər ki, get, özünə bir dua yazdır. Ağıl duası…Heyf biz tərəfdən deyil.



Birdə yalan- gercək deyirlər ki, Türkiyəli məşhur aktrisa və aparıcı Defne Samyelikeçmiş sevgilisi Cem Yılmazı İnstagramda izləmədən çıxarıb, birgə çəkdirdiklərişəkilləri öz səhifəsindən silib. Deyirlər, Cem Yılmaz ona xəyanət edirmiş. Mən də dəqiq bilmirəm,gedim öyrənim sizə də xəbər eliyəcəm. Calışın mən xəbər gətirənə qədər salamatqalın!(Görək bu Cem Yılmaz niyə belə eliyib?)

ƏntiqəRəşid

Adalet.az