adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Mart 2018 11:00
17849
ŞOU-BİZNES

Dünya şöhrətli modelyer vəfat etdi

Odri Hepberin, Ceklin Kennedi, Qreys Kelli kimi məşhurlarla işləyən, məşhur "Givency” brendinin yaradısı Yubver de Jivanşi dünyasını dəyişib. 

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, model 91 yaşında həyatla vidalaşıb. Xəbəri modelyerin xanımı Flippe Venet yayıb. Jivanşi yuxuda ikən ölüb. 

Qeyd edək ki, Jivanşi 1950-1960-cı illərin əsas trendini müəyyən edən modelyer olub. O, 1952-ci ildə Parisdə ilk moda evini açan Yuber qısa müddət sonra "dəb ikonu”na çevrilib. 1995-ci ildə fəaliyyətinə son qoyan Jivanşinin moda evinə hazırda britaniyalı dizayner Kler Uayt Keller rəhbərlik edir.