Dünya şöhrətli aktyor sənətdən imtina etdi
Dünya şöhrətli aktyor Daniel Day-Levis aktyorluqdan imtina etdiyini açıqlayıb.
Adalet.az-ın türk mətbuatına istinadən xəbər verir ki, "Qandi”, "Mənzərəli otaq”, "Sol ayağım”, "Atam üçün”, "Qan töküləcək”kimi filmlərlə tanınan və üç Oskara layiq görülən aktyorun yaradıcılığı daha çox ABŞ-da köləliyi aradan qaldıran 16-cı prezidenti Abraham Linkolnu canlandırdığı obrazla xatırlanır.
Day-Levisin mətbuat xidmətinin rəhbəri Leslee Dartın mətbuata verdiyi məlumata görə, keçən həftə açıqlama verən aktyor bundan sonra filmlərdə rol almayacağını açıqlayıb: "Daniel Day-Levis bundan sonra aktyorluq etməyəcək. İllərdir yanında olan həmkarlarına və tamaşaçılarına minnətdardır. Bu qərar aktyorun öz qərarıdır” – deyə, Leslee Dart bildirib.
Digər Xəbərlər
03 May 2024 16:01
“Uğurun Zirvəsi 2” tədbiri keçirilib - FOTOLAR
03 May 2024 11:27İçərişəhərə giriş məhdudlaşdırılacaq
01 May 2024 11:14Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib
01 May 2024 11:12Aktrisa: “Dedilər ki, teatr aktyoru olma”
29 Aprel 2024 14:57