14 Noyabr 2023 09:46
1102
ƏDƏBİYYAT

Dünya Qarabağlı: Niyə qismət olmur sevən-sevənə?

Görənlər vurulub gözəlliyimə
Dərdimdən dəli-divanə oldu
Özümdən xəbərsiz hər səhər-axşam
Dolanıb başıma pərvanə oldu
Günahkar bizikmi,yoxsa zəmanə?
Niyə qismət olmur sevən-sevənə?
******
Mən onu sevirdim,o,başqasını
Allahım,həyatın gərdişinə bax!
Onun sevdiyidə bir başqasını
Sevirdi həyatın sərt işinə bax!
Günahkar bizikmi,yoxsa zəmanə?
Niyə qismət olmur sevən-sevənə?
******
Vuruldum qaşına-gözünə onun
Çox sevdim,sevgimi deyə bilmədim
Məni sevənlərə məhəl qoymadım
Sevməyəni sevdim niyə bilmədim?
Günahkar bizikmi,yoxsa zəmanə?
Niyə qismət olmur sevən-sevənə?
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin tələbəsi.