adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Aprel 2020 09:16
46725
ŞOU-BİZNES

Dünya məşhurları karantində: “Kukla” ilə toy, ayrılıq, “4 uşaq” planı...

Ötən sayımızda Azərbaycanlışou-biznes nümayəndələrinin karantin günlərini necə keçirdikləri haqqında yazıbsizləri məlumatlandırmışdıq. Dedik, bir dünyanın məhşurlarının da karantindəbaş verən olaylarına da bir işıq salaq. Salmaz olaydıq... Türklər demiş bunlar"kafayı yemişlər” ki...

Adalet.az bu gün dünya məşhurlarındandanışacaq.

Əvvəlcə xəbər verək ki,Türkiyənin sevilən serialı, hamımızı ekrana kilidləyən "Kurtlar vadisi Pusu”nun aktyoru Turhan Kayakoronavirusdan vəfat edib.

69 yaşlı aktyor 10 gün əvvəlöskürək şikayətləri ilə xəstəxanaya yerləşdirilib.


Ailə üzvlərinin heçbirində koronavirus aşkarlanmayan aktyor müalicə aldığı xəstəxanada həyatınıitirib. Xatırladaq ki, T.Kaya serialda "Ordinaryüs” xarakterini canlandırıb.

Aktyorun ölümü bizi kədərləndirdisədə, bu ölümü tezliklə Yuriy Toloçkodan görməyi Allahdan təmənna edirəm. Deməli, Qazaxstanlı bodibilder Yuriy Toloçkokoronavirus pandemiyası səbəbindən "aşiq olduğu” kukla ilə evlilik mərasiminitəxirə salıb.

Bu haqda hal-hazırdaTailandda olan idmançının özü deyib:"Dostlar, karantin səbəbindən toy təxirəsalınır. Karantin bitəndən bir neçə gün sonra toyumuzu edəcəyik”, - deyəToloçko bildirib. Qeyd edək ki, bodibilderin kuklasının adı Marqodur. Bizdə öz növbəmizdə Yuriyin "toy”una öz"xeyir-duamızı” vermiş olduq.



Axmaq idmancı, o qədər tənhaxanımlar var ki, birini al, xöşbəxt elə də.... O Esranı alsan dünya qara geyinər?"Fatmagülünsuçu ne?” serialından tanınan, koronavirusa görə evində karantindəolantürkiyəli aktrisa Esra Dermançıoğlutənhalıqdan gileylənib. Aktrisa"Instagram” hesabından canlı yayım açaraq, rəfiqəsi ilə danışıb. O, rəfiqəsinə"sənin ərin var, bəs mən neyniyim? Kaş, sevgilimdən ayrılmazdım” deyib. Dermançıoğlukeçmiş sevgilisinə zəng etdiyini, amma bunun bir nəticə vermədiyini də etirafedib. Esranı qoyaq tənhalığının dərdini cəksin, gəlin görək,sevgilisi-nişanlısı olan cütlüklər nə işlər qarışdırıblar. Lap elə CenniferLopez və nişanlısı Aleks Rodrigez.... Onlar koronavirusa məhəl qoymadan idman salonunuaçaraq məşq ediblər. Dəfələrlə sosial mediadan "evdə qal” çağırışı edən müğənniMayamidə koronavirusa görəbağlanmış idman salonunu açdırıb.


Salondan arxa qapıdançıxan məşhur cütlüyün bu hərəkəti insanların qınağına səbəb olub. Qapının üzərindəki"Bu idman salonu açıq deyil. Evinizdə qalın, təhlükəsizlikdə olun” yazısı diqqətçəkib. Buda imkanlı Ceniferin kefi istədiyini etməsinəişarədi. Varlı bütün ölkələrdəvarlıdı.

Bekarcılıqdan bezib qalmaqaleliyənlərdə ki, kifayət qədər...Türkiyəli məşhurlar Sərdar Ortaç və DemetAkalın arasında da qalmaqal yaşanıb. SərdarOrtaç İnstaqramda lüks yaşam tərziylə gündəmdə olan həmkarlarına söz atıb:

"İndiçoxlu ayaqqabın, çantan, minlərcə köynəyin, xərcləyə bilməyəcək qədərpulun...Hara gedəcəksən? Harada geyinəcəksən? Artıq sən də hər kəs kimisən!"



MüğənniDemet Akalın həmkarının sözündən cin atına minib. Onun Sərdar Ortaça cavabı gecikməyib: "Buvirusun yayılacağını kim bilirdi ki? Bu söhbətlər cəfəngiyatdır, nə bilimböyük evlər, nə bilim çanta... Hər kəs büdcəsinə görə bir ev alır. Qumarda gedənevlər, villalar zamanı virus yox idi..." Bildiniz də, işarəni Sərdarın qumarda uduzduğuvaridata vurub.

Amma karantindən,koronavirusdan sağ-salamat cıxacağını dəqiq bilməyib, geleceyə planlarquran məşhurlar da var.

Məşhur müğənni Rihanna elədanışıb ki, elə bil dünyada olub bitənlərdənxəbəri yoxdu. O, 10 ildə üç-dörd uşaq sahibi olmaq istədiyini deyib.

O, gələcək planları barədəmüsahibə verərkən deyib.

32yaşlı ulduz 10 ildən sonra evlənəcəyi adamı tapa bilməsə də, üç və ya dörduşağının olacağını bildirib: "Bunu özüm edə bilərəmmi? Sözsüz”.

Yanvarayında Səudiyyə Ərəbistanından olan milyarder Həsən Cəmililə üçillik münasibətlərinə son qoyan Rihanna kiminləsə görüşməməsininonu anaolmaq planından yayındırmayacağını qeyd edib.


Sevginivalideyn olmağın əsas elementi olaraq vurğulayan Rihanna deyib: "Cəmiyyətin mənimyanlış yolda olduğumu düşündüyünü bilirəm. Uşağınızın həyatında atası yoxdursa,sizi bir ana kimi qiymətləndirmirlər”.

"Həqiqətənuşağı böyütmək üçün sevginin olması vacibdir”, - deyən məşhur müğənni ən xoşbəxtvə sağlam əlaqənin valideynlə uşaq arasında olduğunu söyləyib.

Maraqlıdı bu 4 uşaq böyüdəcəksə, bəs ondaDubay şeyxləri ilə kim kef edəcək, kim 3 gündər bir soyunub, poz verəcək?Yaşayaq görək!

Hələlik isə EVDƏQALIN!

Əntiqə Rəşid