adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Yanvar 2021 13:47
18541
DÜNYA

Dünya itirir, almanlar varlanır - 7,1 trilyon yevro

Pandemiya dövründə avtomobil və elektroni avadanlıqlar istehsal edib satan alman xalqının sərvəti 7,1 trilyon yevroya yüksəldi. Bu keçən ilə nisbətdə 16,3 faiz daha çox qənaət deməkdir. Almanların pul yığmaq səbəbi isə işsizliklə və gələcəklə bağlı təlaşlarıdır. Pulların çoxusu da faiz verilməməsinə rəğmən banklardadır.

Bu qənaəti rəqəmlərlə ifadə etsək 2020-ci il 2019-cu ilə görə 108 milyard yevro daha çoxdur.

Qeyd edək ki, Almaniyada əmlaka olan maraq da artmağa davam edir. Sərmayəçilərin həddən artıq marağı sayəsində Frankfurt, Münix, Düseldorf, Hamburq, Berlin kimi şəhərlərdə əmlak qiymətləri sürətlə artır.

Eminquey