31 May 2022 17:06
1178
MARAQLI

Dünya həbsxanaları... - FOTOLAR

 Məhbus geyimləri təhqiredici və alçaldıcı olmamalıdır...

Zaman - zaman cinayətlərin qarşısının alınması üçün müxtəlif cəza növləri tətbiq olunub. Daha sonra həbsxana binalarının inşasına ehtiyav duyulub. Araşdırmalara əsasən müxtəlif ölkələrin bu məsələdə fərqli tətbiqləri barədə sizə məlumat vermək istərdim.

Beləliklə sıralarında Amerika Birləşmiş Ştatları kimi inkişaf etmiş ölkələr də daxil olmaqla, bəzi yerlərdə məhkumlar üçün tək növ geyim tətbiq olunur.

Bir çox ölkələrdə isə bunun məhkumların islah olunmasına kömək etmədiyi, ya da insan haqlarına zidd olduğu səbəbiylə illər əvvəl ləğv edilib. Beynəlxalq aləmdə isə hansısa məcburi tənzimləmə yoxdur.

Qəti şəkildə məhbus geyimləri təhqiredici və alçaldıcı olmamalıdır...

Bu məsələ ilə bağlı BMT-nın 2016-cı ilin yanvar ayında baş qərargahda yeni variantda qəbul etdiyi Məhkumlara Davranışda Standart Minimal Qaydalar başlıqlı qərar durur.

Beləliklə "Nelson Mandela qaydaları" kimi tanınan bu tənzimləmədə məhkumların öz geyimlərinə izin verilmədiyi təqdirdə iqlimə və sağlamlıq qaydalarına uyğun geyimlərin tədarük edilməsi, bu geyimlərin də "təhqiredici və alçaldıcı olmamasının" lazım olduğu bildirilib. Məhkumlara öz geyimlərini geyinmələrinə icazə verildiyi halda da bunları təmiz saxlamalarını təmin edəcək şəraitin yaradılmasına çağırış edilib.

Culiyet adlı akademik, cəza-edam sistemiylə bağlı ən geniş islahatların 19-cu əsrdə aparıldığını, həm memarlıq quruluşunda, həm de geyim kimi bır sıra sahədə dəyşikliklər edilərək əvvəlki əsrdə görülən xaosun ortadan qaldırıldığını bildirib.

Akademik "Dəmir barmaqlıqlar arxasında geyim-keçim: Cinayət elementi olan həbsxana geyimləri" adlı kitabında digər islahat dalğasının iki dünya müharibəsi arasında baş verdiyini və burada da tək növ geyim tətbiqi davam etsə də uniformaların dəyişdirildiyini söyləyir.

"Tək növ geyim tətbiqində cəzalandırılan şəxsin geyim-keçimi də cəzanın bir hissəsi olaraq qəbul edilir. İnsanın şəxsiyyətinə və özünə olan inamı aradan qaldırmaq məqsədi daşıyır" deyir.

Narıncı kombizonlar...

21-ci əsrdə məhkumların tək növ geyim geyinməsi tətbiqində başı bəlalı olan ölkələr arasında Erdoğanın da çıxışında misal gətirdiyi ABŞ durur. Xüsusilə, 11 sentyabr 2001-ci ildəki hadisələrdən sonra "terrorla əlaqəli" olduğundan şübhəli bilinən insanlara məhkumluq zamanı "narıncı kombinzonlar" geydirildi. Geyim-keçimin həyatda "müvəffəqiyyət" qazanmağa təsir edən amillərdən biri olmasına dair 1975-ci ildə yazdığı kitabla tanınan Conn T.Molloy 2014-cü ildə araşdırma aparıb.

Yazıçı, ABŞ-da məhkəməyə məhkumların məhkum geyimlərilə gəlməsinin hakimlər heyəti tərəfindən günahkar elan edilməsi ehtimalını artıqdığını bildirib.Məhkumlar və məhbuslar üçün tək növ geyimin tətbiq edilməsini müdafiə edənlər isə bunun həbsxanalarda intizamı artırdığını və bərabərliyin təmin edilməsinə kömək etdiyini irəli sürüblər.

Həm də onlar həbsdən qaçanların müəyyən edilməsinin tək növ geyimlə daha asan olacağı fikrini müdafiə edirlər.

Böyük Britaniya 2013-cü ildə məhkumların həbsxanalarda keçirdikləri ilk iki həftə ərzində həbsxana uniforması geymələrini zəruri hala gətirmişdi. O dövrün ədliyyə naziri Chris Grayling bu qərarın həbsxanaların "rahat bir yer olmadığını" göstərmək üçün qəbul edildiyini bildirmişdi.

Məhkumlar üçün tək növ geyim tətbiqi Çində hələ də qüvvədədir. Bəzi ölkələrdə həbsxanalarda tətbiq edilən geyim-keçim qaydaları belədir:

ABŞ: - Həbsxanalarda tək növ geyim tətbiqi geniş bir şəkildə həyata keçirilir. Əyalət, açıq və ya qapalı kimi həbsxana növündən asılı olaraq tətbiq edilən qaydalar fərqlənir. Bəzi yerlərdə geyim-keçim tətbiqi cəzalandırma müddətinin bir hissəsi olaraq qəbul edilir və bu da kişi məhkumlara çəhrayı alt paltarı kimi mübahisəli qaydaların tətbiq edilməsinə səbəb olur.

Almaniya: Həbsxanaların əhəmiyyətli bir qismində tək növ geyim tətbiqi yoxdur. Lakin bu tətbiqin həyata keçirildiyi və məhkumların forma geyməsinin məcburi olduğu az sayda türmələr vardır. Bundan başqa maddi imkanı olmayan məhkumlara da uniforma verilir.

Qazaxıstan: 2011-ci ildə törədilən cinayətlərin dərəcəsinə görə rəngli kombinzon tətbiq edilməyə başlanıb. Buna səbəb kimi məhkumların törətdikləri cinayətə görə fərqləndirilməsi, həm də həbsxanadan qaçarkən daha tez yaxalanması göstərilib.İsveç: Aparılan islahatlar nəticəsində uniforma geymə məcburiyyəti aradan qaldırılıb, məhkumlar da universitet yataqxanalarına bənzər bir formada binalarda cəzalarını çəkməyə davam ediblər.

 

Hazırladı : Bünyamin Bünyadzadə