adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Aprel 2017 15:05
45690
ƏDƏBİYYAT

Dünya ədəbiyyatının ən kədərli obrazı - SORĞU

Oxuduğumuz əsərlər zaman keçdikcə yaddaşımızdahopub qalır. Əsərlərdəki obrazlar tez-tez yadımıza düşür. Dünya ədəbiyyatındabir çox obraz var ki, əsərin müəllifindən çox yaddaşlarda qalıb. Bəzən kədərliobrazlar bizə kimlərisə xatırladır, unutdurmur.

Adalet.az yazıçı, şairlərə sorğu ünyanlayıb –"Dünya ədəbiyyatında ən kədərli obraz sizcə hansıdır?” Cavabları təqdim edirik:


Yazıçı Səfər Alışarlı: "Busuala cavab olaraq bir obrazdan danışmaq mümkün deyil. Kədərli obrazlar çoxdur,əslində bütün əsərlərin mayasını kədərli obrazlar təşkil edir: məsələn, Məmmədhəsənəminin böyründə Xudayar bəy oxucunu kədərə yuvarlayacaq qədər heyvərə deyilmi?Və yaxud sovet ədəbiyyatında yüzlərlə yelbeyin kommunizm fədaisi, mənim fikrimcə,kədərli obrazlardır. Dostoyevskinin, Çexovun, Tolstoyun əsərləri büsbütün beləobrazlardan ibarətdir. Bu zirvədə mən Andrey Platonovu xüsusilə seçərdim:aclıqdan südəmər övladına zəhər verib öldürən və onun əzablardan qurtularaq dərhalcənnətə düşməsi ilə təskinlik tapan anadan kədərli nə ola bilər?”


Yazıçı Şərif Ağayar: "Don Kixot. Bilmirəm, nədənsə buromanı uşaq vaxtı oxuyanda Don Kixota gülmək əvəzinə ona ağlamışdım. Sonralargördüm ki, uşaq intuisiyam inanlmaz dərəcədə güclü imiş. Dünyada nəinkiobrazlar arasında, ümumiyyətlə insanlar arasında Don Kixotdan kədərlisinitanımıram.”


Şair Qismət Rüstəmov:"Qreqor Zamza üçün dünən,bu gün, sabah yoxdu. O, Kafkanın bütün personajları kimi əvvəlcədən cəzalandırılıb.Çıxılmazlığının miqyasına görə ən dəhşətli obrazlardan biridir.”


Yazıçı Nəriman Əbdülrəhmanlı:"Dünya ədəbiyyatında ənkədərli obraz mənə görə Migel Anxel Asturiasın "Mais adamlar"romanındakı Qoyo Yik obrazıdı. Romanı çevirəndə onun qüssəsini çatdırmaq üçünxeyli çətinlik çəkdim.


Şairə RəbiqəNazimqızı: "Ursula. Yüzilin tənhalığı. Əslində, o əsərin bütün qəhərmanları kədərlidir, Melkiadesi dədeyə bilərdim. Amma Usrulanın kədəri başqadır, ola bilsin, fədakarlığı mənimgözümdə onu bir qədər də ucaldır...”


Yazıçı Azad Qaradərəli: "Təbii ki, bu mənimçünKvazimodadır. Ancaq mənim son romanım "Əllidən bir kəm"də bir obrazvar - Məhəmməd Əhmədzadə, elə onu da ən kədərli obraz kimi bilirəm. Kədəriniyüz dəvə çəkməz.”


Yazıçı Kənan Hacı: "Çoxdu belə obrazlar. Bussatinin "Tatar çölü" romanındakı Covanni Droqo dünya ədəbiyyatında bəlkə də ən kədərli, ən çarəsiz obrazdır. Eləcə də Balzakın Qorio atası "Səfillər"dəki Fantina..."


Şair Cəlil Cavanşir:"Mənim üçün ən kədərli obraz Tom dayıdır. Tom dayının həm ictimai, həm də şəxsimənada məhv olması və bununla razılaşması məni həmişə incidib. Mənə elə gəlirki, Tom dayı əzabkeş və məzlum olmaqdan əlavə kədəri simvolizə edir.”


Yazar Ayxan Ayuvaz:"Qvazimoda. "Paris Notr-Dam kilsəsi"nin ən qəmli obrazı. Və məncədünya ədəbiyyatının ən qəmli obrazı.”


Şair Aqşin Evrən: "İlkolaraq ağlıma "Çevrilmə"dəki Qreqor Zamza gəldi. Onun tənhalığı, kədəritəkcə insan, cəmiyyət prizmasından deyil, həşərat prizmasından da dəhşətli idi.”


Yazar Günel Natiq: "Mənim üçün dünya ədəbiyyatında ən kədərli obraz DonKixotdur. Bilirsiniz ki, Servantes onu həbsxanada olarkən yazıb və roman boyubiz müəllifin məyusluğunu, ümidlərini və çıxılmazlığını hiss edirik. Don Kixot-qoca romantik və idealist- bütün həyatı boyu real həyatdan çox-ox uzaqlardaözünün yaratdığı- harda ki, məşhur ədəbiyyat qəhrəmanları-cəngavərlər vardı vəonlar ədalət uğrunda mübarizə aparırdı,- dünyada yaşayır. Nəhayət ahıl çağındao özü cəngavər yolunu keçmək istəyir. Onu bəsit düşüncəli həmkəndliləri əhatəetsə də, çətinliklər yalnız uydurulmuş olsa da, əjdahaların yerinə yel dəyirmanlarıyladöyüşsə də, Don Kixotun daxili gözəlliyi, nəcibliyi və cəngavər ruhu həqiqiidi... Kədərli gülüş bütün əsər boyu qəhrəmanı müşayiət edir və onun bütünmahiyyəti də elə bu xəfif kədərin içində gizlidir.”


Şairə Könül Arif: ""Məni ən çoxağrıdan obraz Qreqor Zamza olub. Bunu həm də biçarə heyvanlara, həşəratla olanzəifliyimə bağlayıram. Mən elə adamam ki, ağcaqanaddan başqa yanımda heç bir həşəratıöldürə bilməzlər. Atası kürəyinə alma atanda Qreqorun divara dırmaşarkən"divara dırmaşmaq atama hörmətsizlik olar" düşünməsində bir alicənabiztirabı var ki, bu da başqalarının iztirabından qat-qat ağırdır, sanki sən, özyükün azmış kimi, bu dünyada bütün axmaqların da yükünü çəkərək altda qalıb əzilirsən.Təbii ki, onlar kimi heç vaxt ağrımaz kimsə. Qreqor Zamza - Kafkanın ürəkağrılarıdır"


Yazar Çinarə Ömray:"Nikita Mixalkovun Andreyi və Cevahirlel Nehrunun "Qizimamektublardan" Mahatma Gandi.”