16 Sentyabr 2016 15:23
10793
ƏDƏBİYYAT

Dünya ədəbiyyatında maraqlı olaylar

Görkəmli ingilis yazıçısı Cek Londonun intihar etməsi barədə ikifakt var. Bunlardan biri onun özünü qatarın altına atmasıdırsa, o biri isəzəhər qəbul etməsidir.

 

Böyük rusyazıçısı Lev Tolstoyun ölümü ilə bağlı da söz-söhbətlər mövcuddur. Kimisi onunarvadı ilə son anda müsəlmanlığı qəbul etməsi üzərində mübahisə etdikdən sonrabayıra çıxıb donvurmadan öldüyü haqda məlumat verirsə, başqa birisi Tolstoyunqəsdən özünə qəsd etdiyini bildirir.

 

Rus şairi SerqeyYesenin müəmmalı ölümü ilə bağlı da bir çox faktlar var. İlkin versiyadabildirilir ki, şair özünü asaraq intihar edib. Amma bəzi mütəxəsislərbildirirlər ki, Yesenin Peterburqa gələrkən əlində bir çanta kitab olub vəgörünür ki, şair bu kitabları oxumaq üçün bura gətirib. Bu anda meydana sualçıxır: Serqey Yesenin əgər özünü öldürəcəkdirsə, nəyə görə bir yığın kitablaPeterburqa gəlir? Görünür, onun ölümündə başqalarının əli var.

 

Mixail Şoloxovun"Sakit Don” əsəri haqqında da söz-söhbətlər bitmək bilmir. Deyilənə görə, buəsəri rus yazıçısı hansısa bir əsgərin müharibədə yazdığı gündəliyindənoğurlayıb.

 

Dünyanın ənməşhur yazıçısı amerikalı Cerom Selincerin "Çovdarlıqda uçurumdan qoruyan”romanını yazdıqdan sonra onda psixoloji gərginlik yarandığı haqqında xəbərlərmövcuddur. Belə ki, onu müalicə etməyə gəlmiş həkimi Selincer romanındakıHoldin Kolflid obrazına bənzətmiş və bundan sonra qapıların bağlanmasını əmredərək hər kəsin bayıra çıxmasını, onu həkimlə təkbətək qoymalarını istəyib.Daha sonra Selincerin əlində tüfəng otaqda təkbaşına qaldığı və heç kimi içəriburaxmadığı haqqında məlumatlar verilib.