Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür.
Adalet.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan edib.
Bununla da, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd edilməsinə başlanılıb.
Bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması isə 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin göstərişi ilə baş tutub.
O vaxtdan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü olaraq bayram edilir.
Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü dünyanın bir çox ölkəsində azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunur.
Digər Xəbərlər
04 Aprel 2026 10:58
Azərbaycan İrana 200 tonluq humanitar yardım göndərir
04 Aprel 2026 10:54
Yol polisindən sürücü və piyadalara müraciət
04 Aprel 2026 10:52
Bakıda yenə subasma ola bilər - Nazirlikdən xəbərdarlıq
03 Aprel 2026 17:16
Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi
03 Aprel 2026 17:04
DTX-də təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olundu - VİDEO
03 Aprel 2026 16:41
Bu şəxslər cinayət məsuliyyətindən azad oluna bilər
03 Aprel 2026 16:31
" Azəriqaz" abonentləri soymaqda davam edir...
03 Aprel 2026 15:00


Bakı -°C

