adalet.az header logo
  • Bakı -°C
02 Yanvar 2026 23:19
84
HADİSƏ
A- A+

Dünənki qəzada ölən ata-balanın FOTOSU

Goranboy rayonunda "Lada" markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində ata və oğul həyatını itirib.

Adalet.az xəbər verir ki, hadisə yanvarın 1-i gecə saat 23:30 radələrində baş verib. Qəza nəticəsində avtomobilin sürücüsü, 40 yaşlı Adil Hüseynov və onun 17 yaşlı oğlu Sabir Hüseynov vəfat ediblər.

Goranboy Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, qəza zamanı xəsarət alan üç nəfər (bir kişi və iki qadın) xəstəxanaya gətirilib. Həkimlər bildirib ki, sürücü Adil Hüseynov xəstəxanaya çatdırılana qədər yolda dünyasını dəyişib. Onun 2009-cu il təvəllüdlü oğlu Sabir Hüseynova isə xəstəxanada bütün zəruri reanimasiya tədbirləri görülsə də, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Xəsarət alan digər iki qadın sərnişinə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ailələrinin istəyi ilə özəl tibb müəssisələrindən birinə təxliyə olunublar. Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır.