DSX narkotik əməliyyatı keçirib
Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, yanvarın 23-də saat 05:10 radələrində daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində Dövlət Sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilmiş küllü miqdarda narkotik vasitəni gizlədilmiş yerdən götürərək avtomobillə hadisə yerindən qaçmağa cəhd göstərən Ağdam rayon sakini Vəliyev Tapdıq Aydın oğlu və Laçın rayon sakini Nəbiyev Sənan Surxay oğlu sərhəd naryadı tərəfindən təqib olunaraq saxlanılıblar.
Avtomobilə baxış zamanı bağlamaya bükülü vəziyyətdə narkotik maddə olan 2 kq tiryək və 1 kq heroin aşkar olunaraq götürülüb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
28 Aprel 2024 09:52
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
27 Aprel 2024 13:33Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21