adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Fevral 2018 15:00
5694
GÜNDƏM

DRAKONUN GİZLİ ÇƏKİLİŞİNİ YAYAN MƏKTƏBİN

kollektivinin və valideynlərininmaraqlı müraciəti

220 nömrəli məktəbdə baş verən məlum olaydansonra müəllimlərin və övladları həmin təhsilocağında oxuyan valideynlərin bu günlərdə yayımlanan maraqlı bir müraciətini oxudum. Müraciətdə məktəb direktoruhaqqında xoş sözlər yazılır, onun təmiz vəgözəl bir insan olduğu qeyd edilir. Kollektivin öz müdirlərini müdafiə etməyi təbiidir, eləcə də övladlarının xətrinə valideynlərində.

Bəs, müraciətdə maraqlı olan nədir? Sənədə imza atanlar məktəbin əvvəlki direktorlarını rüşvət almaqda ittiham edirlərvə deyirlər ki, yeni direktor gələndən məktəbdərüşvətə son qoyulub.

Məntiq belədir ki, deməli, imza atanlar əvvəlki direktorlarına rüşvət verirmişlər. Birincisi, görünür hüquqdanxəbərləri yoxdu ki, rüşvət verməkdə cinayətdi.

İkincisi, mütəşəkkil şəkildəbu müraciətə imza atanlar bəs, niyə əvvəlkidirektorların vaxtında, bax, beləcəmütəşəkkil şəkildə də hüquq-mühafizə orqanlarına məktəbdəki rüşvət halları barədə müraciət etməyiblər?

Üçüncüsü, məntiqdən beləçıxır ki, əgər bu olay əvvəlki direktorlarlabağlı baş versəydi onların da müdafiəsi üçün təmiz və gözəl insan olmaları barədə belə birmüraciət imzalayardılar.

Bir məsələ də qalır.Əvvəlki direktorlardan Nuranə xanım özü hazırda həmin məktəbdə müəllimişləyir, ondan əvvəlki direktor Almazxanım da Təhsil Nazirliyində mühüm postlardanbirində çalışır.

İndi həmin şəxslərin ixtiyarı var ki, onlara şər-böhtan atdıqlarına və nüfuzlarına zərbə vurduqlarına görə şərəf və ləyaqətləriniqorumaq üçün müraciəti imzalayanları məhkəməyəversinlər.