adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Avqust 2016 14:05
10149
ƏDƏBİYYAT

“Döyüşə kitablar gedir”

Rusiya vəUkrayna arasındakı münaqişə ədəbiyyatdan da yan keçməyib. Əslində mədəniyyətu, ədəbiyyatıayrılmaz olan bu iki slavyan dövlətinin gərgin münasibətləri səngimək əvəzinə getdikcəşaxələnir. Hər halda "Döyüşə kitablar gedir” prizmasından yanaşsaq, bəli əsgərlərlə,siyasilərlə yanaşı kitablar da döyüşür. Ukrayna Baş nazirinin müavini VyaçeslavKirilenko Nazirlər Kabinetinin Ali Radaya bəzi Rusiya kitablarının qadağan olunmasıilə bağlı qanun layihəsinin təqdim edəcəyini bildirib. Bu, əsasən bədii kitabadı altında gizlənən təxribat xarakterli kitablardır.

"Hökumətinyekun qərarı sentyabrda bəlli olacaq və ondan sonra qanun layihəsi parlamentinmüzakirəsinə buraxılacaq”, – deyə Kirilenko qeyd edib.

Başnazirin müavini diqqətə çatdırıb ki, əsas hədəf  Ukraunanın bir dövlət, ayrıcaxalq kimi mövcudluğunu şübhə altına qoyan müəlliflərin kitabları olacaq.  

Ümumiyyətlə, münaqişəyə ədəbiyyatın qarışdırılması ilk hadisə deyil. Kitab tarixdə yaranar-yaranmazsiyasətə, rejimə müdaxilə edib. İstər eradan əvvəl, istər sonra və ya müasir tarixdə ədəbiyyatın bütün janrları arasında inqilabı dəstəkləyənləri olub: heyvanların dili ilə təmsillərdə cəmiyyətin çatışmazlıqları göstərilib, qəzəllər müxalif köklənib, hekayələr rişxənd edib, romanlar inqilabın bayraqdarı olub. Və maraqlıdır ki, bəzən bir-birindən kəskin fərqlənən Şərq və Qərb qələm adamları məhz bu məsələdə həmrəy olublar. Belə çıxır ki, onları ədəbiyyat deyil, niyyət birləşdirir.  

Başqa sözlə, kitabın özü də az aşın duzu deyil. Çox vaxt sırftəyinatı üzrə işləmir: elmi, texniki, bədii sahələri işıqlandırmaq əvəzinəsiyasi proseslərə qarışır, təxribat-təbliğat məqsədilə əllərdə gəzir. Əlbəttəkitabın əllərdə gəzməsi rəflərdə saralıb-solmasından yaxşıdır. Amma kaş ki,özünü kimlərəsə alət etdirməyəydi. Maləsəf, biz də kitaba qarışa bilmirik, ədəbiyyatın,elmin rəsmi təmsilçisi, söz sahibi olan məhz əlahəzrət kitabdır. Sonda bədəli dəözü ödəyir: ortalığa tökülüb yandırılır, qadağaya məruz qalır, oxucusunu tapmaqüçün illərlə arxiv tozlarını, kağız qurdlarını canına çəkməli olur.    

Şəfiqə ŞƏFA