“Döyüş tarixi”nin icmalı: "Müharibədə heç nəyi düşünmürsən”

Adalet.az-ın "Döyüş tarixi” rubrikasının bu günə qədərkiqonaqlarının müsahibələrindən maraqlı hadisələri seçib sizə təqdim edirik.Rubrikamızda iştirak etmiş müsahiblərimiz arasında Veteran və Milli Qəhrəmanlaryer alıb.
Hər kəsin bir "Döyüş tarixi” var. Təbii ki, Qarabağsavaşında gəncliyini, ailəsini və həyatını arxada qoyub vuruşanlardan söhbətgedir.Xüsusən gənclərimiz yeni tarixin köhnə döyüşçülərihaqqında kifayət qədər məlumata sahib deyillər. Ən əsası da Qarabağda döyüşənqadın cəngavərlərimiz haqqında...
"Döyüştarixi”rubrikasınınqonaqlarından biri ilk dəfə qadın oldu. Onunla söhbət etdik. Maraqlı, maraqlıolduğu qədər də qürurverici hal idi ki, məhz AİŞA xanımın timsalında qadın döyüşçülərinqəhrəmanlıq səlnaməsini yazmağa çalışdıq.
11 yaşlıdöyüşçü Aişa Seyfullayeva. Onu müharibədə Çiko ləqəbi ilə çağırırdılar. Aişayabu ayamanı silahdaşı Alik verib. Dediyinə görə, məşhur İtaliya filmində buaddan istifadə olunub.
Çətin həyatmücadiləsi yaşamış bu qadın 11 yaşında müharibə meydanına doğru irəliləyib.Balaca Çiko ləqəbli Aişa Seyfullayeva bizimlə həmsöhbət olarkən həyatın vurduğuağır zərbələri yüngül zərbələrlə örtməyə çalışırdı. Ancaq bu onda yaxşıalınmırdı, çünki "Anam 20yanvar gecəsi qardaşıma görə şəhid oldu”ifadəsi nə onun özü üçün xoş səslənmirdi, nə də bizi dinləyənlər üçün.Onun həyatı təkcə anasını itirməklə bitmədi. Cəbhədə qardaşını və yaxınsilahdaşlarını itirməyi həyatın ona vurduğu 11 yaşlı uşağın götürə bilməyəcəyiağır qəhər yükü idi. Lakin əzmkarlığı və qətiyyəti ilə seçilən balaca qız bugünə kimi çox çətinliklərin öhdəsindən gəldiyini söyləyir. Bunu onunyoldaşlarının da dilindən eşitmək olardı.
Aişaxanım bir də o "Lənətlənmiş gödəkcə”sini xatırlayaq:
Çikonunağır həyat hekayəsində müsahibimiz bir də qanlı gödəkcədən bəhs edirdi. Onulənətlənmiş gödəkcə adlandırmışdılar. Çünki onun geyinən 7 fədai azadlıq vəvətəni uğrunda şəhid olub.
"Uğurgətirmədi bizə, indi 24 ildir həmin gödəkcəni axtarıram. Mənim yaxın birsilahdaşım vardı - Üzeyir. Sonuncu dəfə həmin gödəkcə onda qaldı. İndi isə nəÜzeyiri tapa bilmişəm, nə də gödəkcəni”.
Anasınaməxsus olan həmin gödəkcə ilk dəfə məhz elə Fəridə Abbasovanın əynində ikənqana bulandı. Daha sonra şəhid olan silahdaşları arasında qardaşı dediyiSamirdən həmin lənətlənmiş gödəkcədə növbəti qan ləkələri, bir də deşilmişgüllə izləri qaldı. Çiko deyir ki, sonuncu dəfə əsgər yoldaşım Üzeyir onugötürdü: "Üzeyirin bir xasiyyəti vardı, o ölmüş cəsədlərin üzərindən onlaraməxsus olan bir əmanət götürməli idi. Adətən onun qəniməti sümüklər olurdu. Onahətta Sümük yığan Üzeyir də deyirdik. Lənətlənmiş gödəkcə isə onun sonuncuqəniməti oldu. Aldı və getdi”.
Müsahibimin yanında onun "Dayday”ı AmanƏliyev də var idi. Dedi sənə Qarabağdan yazmaq lazımdırsa, bax əsl "Döyüştarixi” bu insanla bağlıdır. O zaman söz vermişdim ki, növbəti qonağım "Dayday”olacaq. Elə də oldu.
"Döyüş tarixi"nin növbəti qonağı "dayday” ləqəbli AmanƏliyev idi. Ömrünün ağır günlərini keçirən "Qoca döyüşçü" Vətənmüharibəsinə könüllü qatılıb. Gənclik illərini sovet dönəmində hərbi xidmətdəbaşa vurması da bir sıra dolayı, ağır hadisələrlə yadda qalıb. Ömrünün ikimövsümünü həbsdə keçirən Aman Əliyev ilk həbsini keçmiş sovet dövründə hələermənilərlə aramızda hər hansı konfliktin olmadığı 70-ci illərdə alıb. Müxtəlif millətlərin arasında hərbi xidmət dönəmində erməni əsgəryoldaşını vurduğuna görə 8 il həbs aldı. Lakin Ustinovun hakimiyyəti illərindəbəraət alaraq 1 il həbsdə yatdıqdan sonra azadlığa buraxılıb. Daha sonrakönüllü olaraq müharibəyə yollanan veteran ilk təxəllüsünü də qazandı. Yaşı və təcrübəsiçox olduğu üçün ona "Dayday" deyə müraciət etməyə başladılar.Beləliklə "dayday"ın döyüş tarixinin yeni səhifələri vərəqlənməyəbaşladı...
Yadımdadır ki, cəbhə yoldaşlarının dedikləri ilərazılaşmayan Aman Əliyev doğru-düzgün hərbi xidmət dövrü yaşamadığınıdeyib. Qazi könüllü yazıldığı batalyondasilah atmağı bilməyən sadə qulluqçu deyildi. Çünki döyüşə yollanmamışdan qabaqonun silahları öyrənməyə imkanı olmuşdu. Suraxanı rayonu hərbi komissarlığındanyollanan qazi müharibə ərəfəsində narazı qaldığı tək amilin silah çatışmazlığıilə bağlayır: "Mən ilk dəfə Tovuza yollananda orada silah tapmaq müşkül məsələidi. Hətta hər altı əsgərə bir silah düşürdü. Orada çox qalmadım. Daha sonrabizi Ağcabədiyə göndərdilər. Orada 3 aylıq qarantində qaldığımız müddətdə belə,hətta silah üzü görmədik. Təbii ki, bu bizə çətinlik yaradırdı. Qarantində deməkolar ki, heç bir iş görmürdük, bəziləri evləri yaxın olduğu üçün tez-tez evlərinəçıxıb gedirdi. Döyüş üçün stimul yaradan bir şərait mövcud olmasa da, bu, biziməzmkarlığımızı və amalımızı tükədə bilməzdi. Səbir edənlər, necə deyərlər, istəklərinənail oldu. Bizi artıq silahla təmin edib döyüş bölgəsinə göndərdilər. İlk taborkomandirim Dövlət Məmmədov bizi Qaraca kəndi istiqamətinə göndərdi".
Necə olursa olsun, tarix öz-özünə yazılır. Heç kimonun qarşısına sədd qoya bilməz. Çünki bu qədərdir, döyüşçülərin qədəri...
Çikonun, "dayday”ınətrafındakı cəbhə dostlarından bir də "Jiqan” oldu. "Döyüş tarixi” yazmış qazilərdəndir. Uşaqlığını,yeniyetməliyini və gənclik illərini ruslara və ermənilərə qarşı savaşa qurbanverən bir insan əyləşib qarşımda. Onun adı Mahir Rzayevdir. Mahir Rzayevin söhbətimiz zamanı səmimifikirlərə yer verdiyi diqqətdən yayınmırdı.Həmsöhbətim müsahibə zamanı belə bir fikir söyləmişdi: Yalan danışmayan qazinin çox üstünlükləri var. Döyüşçü bəzinüanslara toxunmaya bilər, yetər ki, doğru hadisələri danışsın. Mən bununtərəfdarıyam. Nə yaşamışamsa və nələr düşünürəmsə, o cümlədən vətənə qarşınələr hiss edirəmsə, bu özünü büruzə verir. Tanıdığım bəzi döyüşçülərinmətbuatda səsləndirdiyi fikirlər bəzən məni təəccübləndirir. Axı qəhrəmanlığıolduğundan artıq şişirdərək ifadə etməyin kimə nə xeyri var?!
Mahir Rzayevinsöylədiyi fikirlərin əslində nələrə işarə olduğu aydın olurdu...
Təbii ki, Mahir Rzayevin "Döyüş tarixi”ni oxuyanlaryaxşı bilir ki, hansı müdhiş hadisələrlə rastlaşıb. Lakin ictimaiyyətinmarağına səbəb olan bir təşəbbüskarlığı yadda qalmışdı. Onun hazırda vətənə dayaqdura biləcək gənclərin hərbi hazırlığı ilə məşğul olması idi. Bu barədədanışanda mövzuya bu cür giriş etmişdi:
"Budəqiqə çağırış etsəm, yüzdən çox gənc mənim yanımda olar”. Qarabağdöyüşçüsü həmçinin Bakıda yeniyetmə və gənclərin hərbi hazırlıqları ilə dəməşğul olur. Bu onun şəxsi təşəbbüsüdür. Həmin gənclərin kim olduğunu soruşandaisə cavab verdi ki, onlar gələcəyin əsgərləridir.
Aylıq veteranpulu hesabına bu təlimləri həyata keçirdiyini söyləyən 41 yaşlı döyüşçü bu işləçoxdandır məşğul olduğunu söyləyib. Onun təmənnasız fəaliyyəti əslində insandabəlkə də birmənalı qarşılanmayan bir təəssürat yarada bilər. Çünki Sumqayıtdayaşayan qazi 3 övlad atasıdır və çətin yaşayış şəraiti sürür. Veteranın birneçə gün əvvəl sosial mediada dərc olunan mənzilinin isə insanı ürəkağrıdan birmənzərə ilə qarşı-qarşıya qoyduğunu sezmək olardı. Belə bir şəraitdə dəfələrləön cəbhədə yerləşən hərbi hissələrə başa çəkib. Əsgərlərlə görüşüb və onlarınvətənpərvərlik hissini daha da yüksəltmək və onların heç də unudulmadığınıxatırlatmaq naminə bu addımları atdığını söylədi veteran.
Döyüştarixindən danışarkən qazi çətinliklərin təkcə savaş anındakı təhlükələrləməhdudlaşdırmırdı. Onun sözlərinə görə, ilin bütün fəsillər əziyyətlərəqatlanan əsgərlər hətta dəfələrlə soyuq qış aylarındakı şaxtanın gətirdiyi ölümtəhlükəsi ilə üzləşiblər:
"Bunu öncəbhədə xidmət edən gənc əsgərlərlə görüşlərimizdə də söyləmişəm. O dövrlərdədöyüşənlər yaxşı bilir ki, əsgərin çəkdiyi ən ağır əzab 20-25 il öncələrdə qalıb.Bizim soyuq qış dönəmində qarda sürünərkən islaq paltar və onun bədənimizəverdiyi soyuğun dəhşətli ağrılarında qurtulmaq üçün yerdə ilan rəqsi edirdik.Elə bir vəziyyətdə idik ki, düşmənin bizi nişan alan snayperləri və digərsilahlıları bir neçə santimetrə möhtac qalıb yerdən qalxmağımızıgözləyirdilər...”
"Jiqan” ləqəbliqazinin veteran pulu ilə gənclərimizin hərbi hazırlığına çalışması onu sözsüzki, digər döyüşçü yoldaşlarından fərqləndirənüstünlükdür deyə bilərəm. Vətənpərvər olmaq vaxtında döyüşüb indi danışmaqdanibarət deyil, bəzən daxilindəki dərin hisslər səni yeni nəsil yetişdirməkdə əyanirol oynamağına təhrik edir.
Rubrikaicmalının sonuncu mətnini də Rey Kərimoğluna həsr etməkdən qürur duyuram. Bumüsahibim də yazılarını çoxları oxuyub. Çünki bir jurnalist olaraq onun özüQarabağ savaşından 20 il sonra "Döyüş Tarixi”ni qələmə almağa qərar verdi.Dövrü mətbuatda, eləcə də qəzetimizdə silsilə yazıları ilə çıxış edən Qarabağqazisi, tanınmış jurnalist və ən əsası yazdığı xatirələrindən də kəsərli sözsahibi olan Rey Kərimoğlundan söhbət gedir. Rubrikamızın budəfəki qonağı ilədəyərli söhbətlərimiz reallaşdı. Müsahibənin məğzindən yəqin ki, oxucularımızagahdır. Yəqin ki, bir çoxları mənimlə razılaşar ki, bu müsahibənin oxuculartərəfindən daha çox maraqla qarşılanan hissəsi "23 dekabr - sevgi gecəsi” olmuşdu:
Dekabrın 23-dəBakıda yaşayan sevdiyim qızın doğum günüydü. Hər dəfə ya Bakıya gedər, ya datelefonla danışardım onunla. Amma indi nə gedə, nə də zəng edə bilirdim.Uşaqlar vəziyyəti anlamışdılar, amma neyləmək olardı. Axşamçağı uşaqlardankimsə dedi ki, Bakı ilə, Ağdamla əlaqə saxlamaq üçün Əmralılarda bir Ağdamnömrəsi var. Yəni sifariş verib Bakı ilə danışmaq olar. Ancaq bilmir işləyir,ya yox. Telefon, səhv etmirəmsə, kənd sovetinin binasında idi.
Gedib otelefonu tapdıq, tərslikdən işləmirdi. Ermənilər kəndi top, raket və gülləatəşinə tutanda naqillərin xeyli hissəsi qırılıb sırandan çıxmışdı. Uşaqlartəklif elədilər ki, gəlin qırılmış naqilləri birləşdirək. Tez kənddə bu işə baxanbir nəfər də tapdılar. Bir sözlə, posta dayanmayan bütün döyüşçü dostlarım buprosesə qoşuldu. Gecə 12-yə işləmiş telefon artıq hazır idi.
Bakını sifarişverdik: 25 10 41... Özümüz də inanmırdıq. Telefon çağırırdı. İndi də o səsqulaqlarımdadır. Di gəl, götürən yox idi. Öz-özümə dilxor oldum, bu qız niyəgötürmür!? Bilmirmi ki, mən zəng edəcəm? Aha, budur dəstəyi götürdülər. Qalınvə amiranə bir kişi səsi dəstəyin o başından "alo” dedi. Atası idi! Səsimiçıxarmadım.
Bu vaxttelefonçu qızın səsi gəldi, "ay qardaş, sifariş vermisən, danış də!” Heç nədemədim, sakitcə dəstəyi asdım. Uşaqlar başıma yığışdılar:
- Ə, nooldu?
- O deyildi! -astadan dilləndim.
Yenidən Bakınısifariş verdim! Telefonçu qız məni və nömrəni tanıyıb dedi:
- Ayrəhmətliyin oğlu, zorla düşmüşdük Bakıya, sən də danışmadın. Niyə danışmadınaxı?
Yenə susdum.Axı mən onu necə başa salaydım?
Bu dəfə dədüşdük Bakıya. Yenə atası götürdü:
- Alo!
Uşaqlar hərəsibir tərəfdən düşdü üstümə ki, qorxma, danış! Zarafat deyil, o qədər əziyyətçəkmişdik. Ürəkləndim!
- Salam,axşamınız xeyir, Nahidəni olar?
- Sən kimsən?Neynirsən Nahidəni?
- Reyəm! Adgününü təbrik edəcəm...
Sözüm ağzımdaqaldı:
- Bir də burazəng eləmə, avaranın biri avara! Duud, duud, duud...
Artıq öldü var,döndü yoxdu!
Təkrar sifarişverdim. Bu dəfə telefonçu qız heç bir sual vermədi, deyəsən, danışığımızıeşidib, məsələnin nə yerdə olduğunu anlamışdı.
- Alo… - budəfə özü götürmüşdü, ürəyim əsdi...
Dəstəkdən birdə səsi gəldi:
- Alooo! -Mənəm! Ad günün mübarək!
- Səhvdüşübsüz...
Və yenə dəstəkasıldı.
Uşaqlardil-boğaza qoymurdu:
- Nooldu?
- O idi?
- Nə dedi?
- Heç nə, -dedim sakitcə. – Heç nə demədi.
O gecə Nahidəniyuxuda görmədim...
Digər Xəbərlər
jpg-1634652280.jpg)
Balıq mövsümünün "Omeqa-3" ilə zəngin yeməklər: Balıq şorbası, qızartması, soyutması...

Yaşamaq gözəldir!!!

“Həkim personalı yetərincə deyil” - Pandemiyadan danışdılar
