Dövriyədən çıxarılmış narkotik yandırıldı
Cəlilabad və Masallı rayonlarında məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli miqdarda olan narkotik vasitələr məhv edilib.
Bu barədə Adalet.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Cəlilabad (23 hökm) və Masallı (47 hökm) rayon komissiyaları tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş ümumilikdə 70 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilib.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilib və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilib.
Digər Xəbərlər
27 Fevral 2026 17:34
“TikTok”da tələbələrin fotolarını yayan şəxs barəsində cinayət işi başlanıldı - VİDEO
27 Fevral 2026 12:23
Azərbaycan-İran sərhədində silahlı insident - FOTOLAR
26 Fevral 2026 21:40
Kiberpolis tələbə qızları şantaj edən şəxsi SAXLADI
26 Fevral 2026 18:11


Bakı -°C

