Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir. Prezident İlham Əliyev Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə 13 fevral 2026-cı il tarixli 355-VIIQD nömrəli Qanunu və onun tətbiqi ilə bağlı müvafiq Fərmanı imzalayıb.
Adalet.az xəbər verir ki, dəyişikliklər dövlət maliyyə nəzarətinin artırılmasına və dövlət sektorunda bank əməliyyatları üzrə müşahidə mexanizmlərinin mərkəzləşdirilməsinə yönəlib.
Qanuna əsasən, dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin (maliyyə bazarlarını tənzimləyən qanunlarla Azərbaycan Respublikasının Mərkəzi Bankı-nın nəzarət etdiyi subyektlər istisna olmaqla), dövlət adından yaradılan publik hüquqi şəxslərin, eləcə də dövlət büdcəsindən maliyyə alan digər təşkilatların bank hesabları üzrə müşahidə funksiyalarının həyata keçirilməsi məqsədilə bank sirri təşkil edən məlumatlar banklar tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunacaq.
Bununla Maliyyə Nazirliyi dövlət sektoruna aid bank hesabları üzrə vəsait hərəkətləri barədə məlumatları birbaşa əldə etmək imkanı qazanır.
Eyni zamanda, dövlət orqanları və dövlətə məxsus hüquqi şəxslər vergi orqanında uçota alındıqda, yenidən təşkil edildikdə və ya uçotdan çıxarıldıqda onların adı, VÖEN-i və bank hesabları barədə məlumatlar növbəti ayın 15-dək elektron qaydada Maliyyə Nazirliyinə təqdim ediləcək.
Habelə, həmin qurumlara məxsus bank hesabları barədə məlumat vergi orqanına daxil olduqdan sonra bu məlumat 1 iş günü müddətində elektron formada Maliyyə Nazirliyinə ötürüləcək.
Digər Xəbərlər
26 Mart 2026 11:06
İrana göndərilən yardım Qaradağa çatdı
26 Mart 2026 09:47
“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45


Bakı -°C

