Dövlət Komitəsindən nəzir qutuları ilə bağlı RƏSMİ AÇIQLAMA

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2022-ci il tarixli Fərmanına əsasən dini qurumların ianə qəbul etməsi məsələsi "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
“Belə ki, qanunun 18-ci maddəsinə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər.
Qanundan irəli gələn məsələləri tənzimləmək üçün qaydalar müvafiq qurumların nümayəndələrinin iştirakı ilə hazırlanır və proses başa çatdırıldıqdan, qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bu məsələlərə nəzarət həyata keçirilmir”, - məlumatda deyilir.
Digər Xəbərlər

Bakı-Qəbələ-Bakı istiqamətində səyahət edənlərin NƏZƏRİNƏ

Deputat Aqil Abbas: “Ağdamda ev verilən kimi xanımımla Ağdama köçəcəm” – VİDEO

Məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviqi diqqət mərkəzindədir

Bu bitkilər gömrük rüsumuna cəlb olunmayacaq

Təbiət ərazilərinin mühafizəsi üçün fondun formalaşdığı mənbələr artırılıb

Bu şəxslərə 20 milyon manata yaxın güzəştli kredit verilib

Azərbaycan Ordusunda kibertəhlükəsizliyə dair tədbirlər keçirilir
