Dövlət Komitəsində qanvermə aksiyası keçirilib - FOTOLAR
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsin (PHŞ) dəstəyi ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Konstitusiya və Suverenlik ilinə həsr olunmuş könüllü qanvermə aksiyası təşkil edib.
Adalet.az xəbər verir ki, qanvermə aksiyası yüzlərlə xəstəyə həyat bəxş edilməsi, eyni zamanda ictimai həmrəyliyin və humanist dəyərlərin daha da möhkəmlənməsi məqsədi ilə keçirilib.
“Respublika Qan Bankı” PHŞ-nin həkim briqadası tərəfindən icra edilən aksiyada Dövlət Komitəsinin əməkdaşları könüllü donor kimi qan veriblər.
Tədarük olunan qan nümunələri laboratoriya şəraitində yoxlandıqdan sonra talassemiyalı və hemofiliyalı, eləcə də qana ehtiyacı olan digər şəxslərin müalicəsində istifadə olunacaq.
Dövlət Komitəsinin və tabeliyindəki strukturların əksəriyyətinin məcburi köçkünlərdən, şəhid ailəsi üzvlərindən, müharibə əlili və veteranlarından ibarət kollektivinin 100-ə yaxın əməkdaşı xeyriyyə aksiyasında iştirak edib.
Xatırladaq ki, Dövlət Komitəsi Müdafiə Nazirliyi ilə birlikdə də beş ildir “Qanımız bir, canımız bir” devizi ilə könüllü qanvermə aksiyası keçirir.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

