adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Aprel 2015 18:08
30879
AVTOMABİL

Dövlət Komitəsi su qiymətinə maşınlar satır

Əmlak Məsələləriüzrə Dövlət Komitəsi mayın 5-də hərraca çıxarılan nəqliyyat vasitələrininsiyahısını açıqlayıb.

Komitəninməlumatına görə, 2006-ci il istehsalı olan "Toyota Corolla” 3306 manata(start qiyməti) satışa çıxarılır. 1996-cı il istehsalı olan "VAZ-2106” 416manata (start qiyməti) alıcılara təklif olunur. Bundan başqa, start qiyməti 480manat olan 1997-ci il istehsalı olan "QAZ-3102” də hərracda yer alır.

1998-ciil istehsalı olan "Daewoo Leganza” start qiyməti 800 manat olmaqla hərracdayer alacaq.

Qeyd edəkki, hərracda "Honda Accord”, "Chevrolet Niva” avtomobilləri də var.

Belə ki,hərracda start qiyməti 2273 manat olan 2003-cü il istehsalı olan "HondaAccord” və 2005-ci il istehsalı olan "Chevrolet Niva” start qiyməti 2338manat olmaqla satışa çıxarılıb.

Məlumatüçün bildirək ki, Bakının avtomobil bazarında 2007-ci il istehsalı olan"Toyota Corolla” 15 500 dollara, 1997-ci il istehsalı 6000 dollara,2002-ci il istehsalı olan "Honda Accord” 11 500 dollara, 2005-ci ilistehsalı olan "Chevrolet Niva” isə 5700 dollara alıcılara təklif olunur.