Dövlət Departamentinin yeni rəsmi nümayəndəsi təyin edilib
"Fox News" telekanalının eksperti Morqan Ortaqus ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi təyin edilib.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti tərəfindən dərc edilən dövlət katibi Mayk Pompeonun yaydığı bəyanatda deyilir.
M.Pompeo deyib: "Dövlət Departamentinin yeni rəsmi nümayəndəsi qismində Morqan Ortaqusu salamlamağa şadam. Morqan əvvəlki dövlət qulluğunda qazandığı böyük təcrübə və biliyi gətirəcək. Bütün karyerasını o, maliyyə xidmətləri, konsaltinq və diplomatiya sahəsində işləyib. O, ABŞ Hərbi Dəniz Qüvvələrinin zabitidir".
Dövlət katibi əlavə edib ki, M.Ortaqus ABŞ-ın maliyyə nazirliyində kəşfiyyat üzrə analitik kimi də işləyib.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00