Dövlət başçısı: “Xalqı qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır”
“Mən Zeynalabdin Tağıyevin şəxsiyyətinə həmişə böyük hörmətlə yanaşmışam. Hələ 2000-ci illərin əvvəllərində, - mən hələ Prezident deyildim, - onun qəbrinin yerləşdiyi Pirhəsən ziyarətgahı mənim təşəbbüsümlə abadlaşdırıldı və qəbrin ətrafında olan ərazi yeni görkəm aldı”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında bildirib.
“Prezident seçiləndən sonra dərhal mənim təşəbbüsümlə onun evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edildi, həm onun yaşadığı evin bir hissəsi muzey kimi qaldı, eyni zamanda, Tarix Muzeyində bizim tariximizin müxtəlif dövrlərini əhatə edən eksponatlar nümayiş etdirilir.
Bu gün mən çox şadam ki, Zeynalabdin Tağıyevin abidəsi Bakıda ucaldılıb. O, buna layiq idi. Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır.
Bir daha əziz xalqımı bu münasibətlə ürəkdən təbrik etmək istəyirəm, Azərbaycan xalqına yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun”, - Prezident vurğulayıb.
Digər Xəbərlər
05 Yanvar 2026 16:59
Prezident yerli televiziya kanallarına müsahibə verib - FOTOLAR
05 Yanvar 2026 16:05
İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
05 Yanvar 2026 11:16
“Tramp tamamilə İsrailin, daha doğrusu Mossadın üsulu ilə hərəkət edir”
05 Yanvar 2026 10:49
“ABŞ-nin İrana hər hansı müdaxiləsi bu ölkədə dəyişiklik istəyənlərin əleyhinə...”
05 Yanvar 2026 09:17
"Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir" - Tokayev
05 Yanvar 2026 08:50
ABŞ-nin Venesuela əməliyyatı... - Səxavət Məmməd yazır
05 Yanvar 2026 08:08
Trampın növbəti hədəfi bu ölkə ola bilər - Politoloqdan şərh
05 Yanvar 2026 08:07


Bakı -°C

