adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Aprel 2018 15:02
16574
ƏDƏBİYYAT

Dostoyevskinin, Çexovun, Tolstoyun nəvələri

Babamdan sonra nə yaza bilərəmki?!

Fyodor Mixayloviç Dostoyevskininnəvəsi Aleksey Dostoyevski Peterburqda yaşayır. Universitet məzunu olmağınabaxmayaraq tramvay sürücüsü işləyir. Eyni zamanda yaratdığı rok qrupunda gitaraifa edir. Dostoyevski kimi böyük bir yazıçının nəvəsi görəsən, niyə əlinə qələmalıb nəsə yazmır? Aleksey bu suala belə cavab verib: Yazıçı olmaq üçün istedadvə həvəs lazımdır. Bu isə məndə yoxdur. Olsa belə babam Fyodor Dostoyevskidənsonra nə yazmaq olar ki?!

Televiziya ulduzu Tolstoy

Lev Nikolayeviç Tolstoyun nəvəsiolan 1971-ci ilə doğulan Fekla Tolstaya Rusiyada çox tanınmış bir adamdır. O, televiziyaulduzudur. Filologiya ixtisasının məzunu olan Fekla 4 dil bilir. Bundan əlavərejissorluq təhsili də alıb. Universitetillərində ofisiant, aktyor, qəzetçi kimi bir-birindən fərqli işlərdə özünüsınayıb müxtəlif mədəniyyət verilişlərinin kamera arxasında işlədikdən sonraFekla öz TV verilişinin aparıcısı olub. Tolstoyların bir qismi nəvə Feklanınseçdiyi sənəti dəstəkləyir, amma bəziləri onun akademik kariyerasındanuzaqlaşıb şou dünyasının parçasına çevrilməyinin onların nəslinə utanc gətirdiyinidüşünür. O isə bütün bunlara belə cavab verib: Bu qədər böyük bir dünyadatanınmış bir ailənin parçası olmaq çox gözəldir, amma adamın çiyinlərinə çoxağır məsuliyyətlər yükləyir. Bəzən də seçimlərinin qarşısında maneəyə çevrilir.NƏ EDİM? Bu da mənim seçimimdir.

Puşkin ilə Qoqol qohum oldu

19-cu yüzildə dünya ədəbiyyatınıniki nəhəngi Puşkini "Yüzbaşının qızı”, Qoqolu isə "Bir dəlinin xatirə dəftəri”romanları ilə xatırlayarıq. Yaxşı, bəs, bu iki nəhəng heç düşünərmidi ki, 200il sonra nəvələri evlənəcək və iki nəsil qohum olacaq? Qoqolun bacısıElizavetanın oğlu ilə Puşkinin nəvəsi evləndi və iki yazıçı qohum oldu.

Basketbol müəllimi Qorki.

1868-1936 illər arasında yaşayan məşhur yazar Maksim Qorkinin ‘Ana’ adlıromanını yəqin ki oxumayan yoxdur. Qorkinin bugün Moskvada yaşayan nəvəsibabasının adını daşıyır: Aleksey Peşkov.

Peşkov, uşaqları və gəncleri narkotikdən qorumaq üçün bir kitabhazırladı. Ancaq yazar olmağı yox, basketbol müəllimi olmağı seçdi.

Bulqakovun vəfalə ögey nəvəsi

1891-1940-cı illər arasında yaşayan, Rus ədəbiyyatının dünyaya qazandırdığıqara mizahçı Mixail Afanasyeviç Bulqakovu "Usta ilə Marqarita”, " Moliyer” kimiəsərləri ilə tanıyırıq. Bulqakovun iki həyat yoldaşından heç birindən uşağıolmadı. İikinci həyat yoldaşının oğlu Sergey Şilovkini öz doğma oğlu kimisevirdi. Bütün mirasını oğluna vəsiyyət elədi. O da öz uşaqlarına. İndi dəyaşayan ögey nəvəsinin adı Sergey Şilovskidir. Şilovski Peterburqda babasınınadına yaradılan muzeyin başçısıdır. Bulqakovun kitablarının çapı və filmçəkilməsi ilə bağlı layihlərlədə özü maraqlanır.

Çexovun saxta nəvəsi

Rus televiziyasında Anton Çexovun soyadını istifadə edən seks ulduzunun əsl adı Saşa Korçunovadır. O, haqqındayaydığı "Çexovun nəvəsi” şaiyələri ilə məşhur oldu. Rus kanallarının birində "AnfisaÇexov ilə seks” adlı verilişini Anton Çexov görsəydi, buna gülərdimi,ağlayardımı, bilmirəm. Amma bir həqiqət var. Ki, Anton Çexov rus ədəbiyyatınınulduzu, saxta nəvəsi Saşa Çexov isə rus televiziyasının ən cazibədar kişi ulduzudur.