adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
16 May 2019 16:10
26874
ƏDƏBİYYAT

Dost itkisi ağır olar

Ölüm haqdır, deyənləryanılmırlar. Belə bir həqiqətlə, istər-istəməz, barışmalı olursan. Çünki əcəlküləkləri bütün ömürlərə əsir, bütün qapıları döyür... Öz ömür payını yaşayan hərkəs bir gün həyatla da vidalaşmalıdır. Odur ki, ömür adlanan həyatla ölümarasındakı zaman məsafəsi mənalı yaşanmalıdır. Ömrün mizan-tərəzisi, ölçüsü isəyalnız əməllərdir. Tanrı hüzuruna getdikdən sonra insandan etdiyi yaxşı əməllərqalır. Gərək elə yaşayasan ki, ölümün hamını kədərləndirsin, varlığın gərəkliolduğu kimi, yoxluğun da hər kəsi yandırsın, heyfsləndirsin. Elə yaşamalısanki, hər zaman xatırlanıb, yad edilsən.Bu günlərdə belə xeyirxah əməl sahiblərindənbiri ilə həmişəlik vidalaşdıq. Amansız ölüm gözəl insan,, istedadlı həkim Ağcabədirayon Mərkəzi Xəstəxanasının baş pediatrı Cümşüd Qəhrəmanovu qəfil aramızdanaparıb.

Cümşüd Şirin oğlu Qəhrəmanov1957-ci ildə Ağcabədi rayonunun Rəncbərlər kəndində zəhmətkeş bir ailədədünyaya göz açıb. O, 1974-cü ildə adıçəkilən kənd orta məktəbini əla qiymətlərləbitirib. Lap kiçik yaşlarından həkim olmaq arzusunda olan Cümşüd sənədləriniN.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnsitutununa(İndiki Azərbayan TibbUniversiteti) təqdim edərək, həmin ali məktəbin pediatriya fakültəsinə qəbulolunub.İstedadlı gənc ali təhsil illərində öz qabiliyyəti və davranışı ilə müəllimlərinin,tələbə yoldaşlarının hörmət və rəğbətini qazanıb.

C.Qəhrəmanovinstitutda dərin biliklərə yiyələnib, yüksək ixtisaslı tibb işçisi kimiyetişib. O, ali təhsilini uğurla başa vuraraq, təyinatla doğma Ağcabədiyə göndərilib.Burada rayon mərkəzi xəstəxasında pediatr kimi əmək fəaliyyətinə başlayıb. Özpeşəsinin bilicisi və vurğunu olan Cümşüd həkim uzun illər sözügedən bölgədəuşaq poliklinikasının müdiri, uşaq xəstəxanasının baş həkimi, rayonun başpediatrı vəzifələrində çalışıb. İşinin öhdəsində bacarıqla gələn, rayonun uşaq əhalisininkeşiyində dayanan Cümşüd həkim xeyirxah, səmərəli və təmənnasız fəaliyyəti iləsakinlərin sevimlisinə çevrilib. Xaraktercə sadə, təvəzökar, saf ürəkli insanolan C. Qəhrəmanov əqidəli, təmkinli, vicdanlı, əyilməz bir şəxs kimi dətanınıb. O, həmişə xəstələrə yüksək həsasslıq, diqqət və qayğı ilə yanaşıb,imkansızlara əl tutub, qaçqın və məcburi köçkünlərə dayaq durub.

Cümşüd həkim əhaliarasında nüfuzlu bir ziyalı, bacarıqlı tibb mütəxəssisi, qayğıkeş, təlabkar ailə başçısı kimisayılıb-seçilib. O,həyat yoldaşı İradə həkimlə birgə üç övlad böyüdüb,boya-başa çatdırıb, onların hər birinə ali təhsil verib. Oğlu Şirin cərrah kimibu gün atasının yolunu uğurla davam etdirir. Calışdığı kollektivdə də böyükhörmət və nüfuz sahibi sayılan C.Qəhrəmanov ciddiliyi, əməksevərliyi, mədəniyyətiilə başqalarından fərqlənib. O, həmkarları, tibb işçiləri ilə həmişə səmimimünasibəti gözləyib, gənc həkimlərə ağıllı məsləhətləri ilə köməkliklər göstərib.Bir sözlə, Cümşüd həkim kollektivdə hamının sevimlisi, dostu olub. Dost itkisiisə ağır olar. Aradan neçə günlər keçib,ancaq sıralarımızda hər zaman onun yeri görünür. Gözəl insan, nüfuzlu ziyalı, səriştəlihəkim Cümşüd Qəhrəmanov daim hörmətlə xatıırlnıb,yad edilir.Onu əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq.Allah rəhmət eləsin.

KamilHaqverdiyev, həkim,

Ağcabədi rayonu.

Hazırladı: Yəhya Paşazadə