adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Sentyabr 2017 14:11
14693
DÜNYA

DONETSKDƏ PARTLAYIŞ

Donetsk şəhərinin mərkəzində qondarma Donetsk Xalq Respublikasının vergilər naziri Aleksandr Timofeyevə sui-qəsd edilib. Qondarma respublikanın rəsmi saytında verilən məlumata görə dünən səhər saatlarında şəhərin Sülh prospektində iki partlayış baş verib. Partlayışlar vergilər naziri A. Timofeyevin həyatına sui-qəsd etmək məqsədilə törədilib. Hazırda o, ağır vəziyyətdə Donetsk şəhər xəstəxanasına terləşdirilib. Partlayış vaxtı daha 8 nəfər xəsarət alıb.