adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Yanvar 2018 10:16
16909
GÜNDƏM

«DOLU» KİMİN YERİNİ DAR ELƏYİRMİŞ?!

«Dolu» YouTubda ən çox izlənən (322.000)və haqqında ən çox şərh yazılan(600-ə yaxın) Azərbaycan filmidi. Təbii ki, həmin şərhlərin bəzilərində film tənqid də olunur, hətta rejissorvə yaradıcı heyət təhqir də edilir. Təxminən 30-a yaxınbelə şərh var. Bunlar da demək olar ki, imzalarındangöründüyü kimi, ermənidirlər. Bu da təbiidi.

Artıqon gündür ki, film YouTubdan qaldırılıb.Buna da səbəb o göstərilir ki, «TiVi Media adlı bir qurum (kimdi, nədi, haranın təşkilatıdı bilmirəm, qoy Mədəniyyət və TurizmNazirliyi və Kinostudiya maraqlansın) məsələ qaldırıb ki, müəllif hüququpozulduğuna görə bu film Youtubda yerləşdirilə bilməz. Əvvəla, «Dolu» beşildir ki, Youtubda yerləşdirilib, bu TiVi Media kimdisə indi ağlına gəlib bu? Dövlət sifarişi ilə çəkilmiş filmin hüquqları Mədəniyyət və Turizm Nazirliyinəvə onun təşkilatı olan C.Cabbarlı adına Kinostudiyaya məxsusdur.

İkincisi,nə oldu, bütün Azərbaycan filmləri Youtubdayerləşdirilib, qadağa bircə «Dolu»nun payına düşüb? Bəlkə, bu film erməniləri çox narahat edir, filmin də qaldırılmasını istəyənlərermənilərin xətrinə dəymək istəmir?! Və yaxud görən bu film kimin yerini dar edir? Ermənilərin yerini dar elədiyini bilirik, amma bizdə kimlərin yerini dar elədiyini bilmirik!

Üçüncüsü və dahamaraqlısı. 322.000 izləyicisi olan film Youtubdan qaldırılıb, amma 283 izləyicisiolanı isə qaldırılmayıb. Bu müəllif hüququ hamısına aid deyil? Deməli, kimlərisə izləyicilərinvə şərhlərin çoxluğu narahat edib. İndi əgərbərpa olunsa, təbii ki, daha o gözəl şərhləri də oxuya bilməyəcəklər və izləyicisayı itəcək və 0-dan başlayacaq. Ağlınızadua yazım.

Söz Mədəniyyət vəTurizm Nazirliyinin, eləcə də C.Cabbarlı adına«Azərbaycanfilm» Kinostudiyasınındır.

Yəqin ki, onlar özhüquqlarını qoruyarlar.