adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Yanvar 2018 16:31
27082
MƏDƏNİYYƏT

“Dolu” filmi Bakı Xoreoqrafiya Akademiyasında - Fotolar

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əməkdar jurnalist,Milli Məclisin deputatı, yazıçı AqilAbbasın iştirakı ilə onun ssenarisi əsasındaçəkilmiş " Dolu” filmi nümayişolunub. 

Filmin nümayişindən öncə şəhidlərinruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra isə BXA-nın rektoru , professorTimuçin Əfəndiyev Qanlı Yanvar hadisələrihaqqında geniş məlumat verib, və həmin günü azadlığa, müstəqilliyə gedən yolunbaşlanğıcı adlandırıb. T. Əfəndiyev qeydedib ki, müharibə mövzusunda çəkilən "Dolu" filmi müharibənin dəhşətlərini, dövrünictimai-siyasi proseslərini yeni nəslə çatdıran, gəncliyin milli vətənpərvərlikruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edən uğurlu ekran əsəridir.Filmin ssenari müəllifi, Aqil Abbas BXA-nın professor-müəllim və tələbə heyətinisalamlayaraq, ali təhsil ocağında olmaqdan məmnunluğunu bildirib, universitet rəhbərliyinəminnətdarlıq edib. Həmçinin A. Abbas "Dolu" bədii filmi haqqında məlumat verərək, filmin yaradıcı heyətini BXA-nın professor-müəllim və tələbə heyətinə təqdimetmişdir. Filmin nümayişindən sonra Aqil Abbas və "Dolu" filminin aktyor heyətiilə görüşən müəllim və tələbələr öz təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, 2012-ci ildə dövlət sifarişi ilə çəkilən"Dolu" filminin rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyevdir . Qəhrəmanlıq və şücaət səhnələri ilə dolu olan filmdə istedadlıaktyorlar iştirak ediblər.