DMX rəisi Ticarət Palatasının nümayəndələri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Xidmətin inzibati binasında Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri ilə görüşüb.
Dövlət Miqrasiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, V.Hüseynov ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması üçün Xidmətin səlahiyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər və perspektiv planlara toxunub. Sahibkarlığın inkişafı, ölkəmizə gələn əcnəbilərin rahatlıqlarının təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Yeni bir platforma olan Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının yaradılması ilə bağlı bu yaxınlarda keçirilmiş ilkin işgüzar müzakirələrdə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumannın fəal iştirakını və dəstəyini qeyd edib.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann DMX tərəfindən şəffaflığın artırılması, iş icazələrinin tam elektronlaşdırılması istiqamətində görülən tədbirləri yüksək qiymətləndirib. Biznesin inkişafı, investisiya mühiti ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndirib.
Görüşdə qarşılıqlı əməkdaşlıq, miqrasiya, əcnəbi işçi qüvvəsinin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, işgüzar dairələrlə belə görüşlərin keçirilməsinin məqsədi ölkədə biznesin nəbzini hiss etmək, miqrasiya ilə bağlı yarana bilən suallara aydınlıq gətirməkdir.
Digər Xəbərlər
04 May 2024 14:52
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
03 May 2024 23:14Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57