adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Iyul 2020 14:22
91082
ƏDƏBİYYAT

DİRİYKƏN ÖMRÜNÜ BİTİRƏNLƏR

Keçmə namərd körpüsündən, qoy aparsın sellər səni.Bunu ulularımız əsil insanlar üçün deyib. Doğrudan da, əsil insan nəyə qadirdeyil? Dünyanı yaradır, yaşadır, gözəlləşdirir və yüz təəssüf, min təəssüf ki,elə dünyanın özünü eybəcərləşdirən də insanların özüdür.

Tovuz bölgəsində baş vermiş təxribatın qarşısını təzəcəalmışdıq, haqq yolunda, vətən yolunda həlak olanların ağrısını-acısını çəkirdik.Neçə gündür ki, yenə də təlatümlü günlər yaşayırıq. Dünyanın hər yerində diqqəterməni diasporunun nümayəndələrinin soydaşlarımızın üzərinə təşkil etdiyihücumlara yönəlib. Azğınlaşmış ermənilər, ASALA terror təşkilatının nümayəndələrivəhşicəsinə yoldan keçən azərbaycanlılarımızın üzərinə düşmüş, onları necə deyərlər,al qanlarına boyamışlar.

Ancaq qeyrətli həmyerlilərimiz çox əz saydaolmaqlarına baxmayaraq, elə anındaca onlara nifrətdən, kindən yoğrulmuşcavablar vermişlər.

Çox təəssüf ki vətəni üçün of demədən canından keçənlər,«Xoşbəxtəm ki, oğlum vətən uğrunda şəhidolub» deyənlər, heç nədən çəkinmədən düşmənin nəzarəti altında olan bölgələrəkeçib, neçə-neçə ermənini qətlə yetirib sonda özünə əl qaldıranlar kimioğullarımızla yanaşı, nankor, yediyi çörəyin qədrini bilməyən, ona edilmişyaxşılıqları unudan sapı özümüzdən olan baltalar da mövcuddur. Görəsən onlarınadları gələndə belə, xalqın necə nifrətlə çalxalandığından xəbərləri varmı? Qoybu ritorik sualıma elə özüm cavab verim. Əlbəttə var. Sadəcə onlar vətənlərinisatıblar, bizləri satıblar, dövlətimizi, Prezidentimizi satıblar və qulaçevriliblər. Xaricdə yaşayan mühacir Vidadi İsgəndərli açıqca bəyan edir ki,müharibə başlasa, əlində silah ermənilərə qarşı yox, bizə qarşı vuruşacaq. İlahi,«kişinin cəsarətinə» bax. Çünki bu sözləri yalnız o deyə bilər.

«Vətənpərvərlik, Azərbaycançılıq canına hopmuş», adı gələndəçoxlarının əti ürpəşən Sevinc Osmanqızı isə söyləyir: Təhlükə yoxdur. Sivilmübarizə aparılmaqdadır. Mən sizi inandırıram ki, heç erməni tərəfindən beləbir niyyət yoxdur. Bu gün bu sivill mübarizəni pozan Azərbaycan tərəfidir.

Atasıermənilər tərəfindən öldürülən bir qadın, necə daşürəkli olmalı, necəağalarının qarşısında nökər olmalıdır ki, bu ifadələri işlətsin?!

«Ermənilərin heç bir günahı yoxdur, baş verənləri Azərbaycanınxüsusi xidmət orqanları edir», – deyir keçmiş səfir Arif Məmmədov. Mənə elə gəlirki, Xəlil Rza Ulutürkün «Kişi bətni»şeiri sanki bu alçaqlara ithaf olunub.

İndi ənböyük mərəz-

Bu, yırtıcızümrədir, Bu satqınlar ordusu.

Bu dar gözlərsürüsü, Şərəfisizlər sürüsü…

Bunlarbataqlıq ikən,

Özünə gülşəndeyir…

Sülənirhardasa namərd, kəmfürsət,

Dardadır cəsarət,çəkilib ərşə!

Arxlar daşla dolub, kəhrizlər bomboş,

Tufeyli ortada meydan sulayır.

Qananlar qəlbinin yeyir qanını,

Qanmazın, alçağın qurdu ulayır.

Düşmən axmaq deyil, tanıyır, tapır,

Diriykən ömrünü bitirmişləri.

Xalq üçün düşməndən daha qorxulu,

Milli simasını itirmişləri.

Bax bu millisimasını itirmişlərin bir çoxu da milli şura deyilən, daha doğrusu cənabPrezidentin təbirincə desək, antimilli şurada toplaşan ünsürlərdir.

Qəribədir ki, hərşey gün kimi aydın ola-ola dünyada ikili standartlar mövcuddur və bunu hər kəsdə bilir.

Uzun illər düşməntapdağında qalan torpaqlarımızın, yurd - yuvalarından qovulmuş didərginlərimizindoğma yurdlarını yalnız yuxuda görənlərimizin vəziyyəti dünyanın «baş bilənlərinin»eyninə də deyil. Bax, ölməz şair Məmməd Araz bu yerdə deyib: «Mən belə dünyanın nəyindən küsüm?!»

Nə gözəl ki, buikili standartların möcudluğu dövlətimizi qorxutmur, ölkəmiz qətiyyən geri çəkilmir,tarixi həqiqətlərə, real faktlara əsaslanaraq gücümüzü, birliyimizi hər annümayiş etdirməkdən çəkinmir.

«Tarixən Azərbaycan xalqına qarşı bu cür cinayətlərtörədilməsi çox olub» söyləyən Azərbaycan Respublikasının Birincivitse-prezidenti Mehriban xanım Əliyeva fikirlərində nə qədər haqlıdır.

Bu gün ermənilərinsözün əsl mənasında «ərköyünləşməsini» görməmək mümkün deyil.

Görmə! – Baş üstə yumaram gözlərim

Dinmə! – Mütiəm, kəsərəm sözlərim

Bir söz eşitmə! – Qulağım bağlaram

Gülmə! – Pəkey, şamu səhər ağlaram

Qanma! – Bacarmam, məni məruz tut

Böyləcə təklifi mahalı unut

Qalibi imkanmı olur qanmamaq

Məcbəri nar icrə olub yanmamaq?!

Allah sənə rəhməteləsin Sabir dünyada yaşayanlar hər şeyi başa düşür, hər şeyi qanırlar. Sadəcə,özlərini qanmamazlığa vuranlar var. Cənab Prezidentimiz demiş:- «O ki qaldı, bizim addımlarımıza, lazımolan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıqheç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Azərbaycanda hadisələriqabaqlamağı heç kimə məsləhət görmürəm. Buna ehtiyac yoxdur. Bu, zərərli olabilər. Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki,yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə,eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Bundan artıqhələ ki, nəsə demək düzgün olmaz».

Demokratiyanınbeşiyi sayırıq Amerika Birləşmiş Ştatlarını. Bəs, dünyaya demokratiya dərsi keçənAmerika niyə susur Los-Ancelesdə, Brusseldə digər şəhərlərdə azərbaycanlılaraqarşı törədilmiş zorakılığa, vandalizmə niyə göz yumur?

Bilirsiniz, cinayətkarlayiq olduğu cəzanı almırsa, çox ciddi sanksiyalara məruz qalmırsa daha daazğınlaşır, havadarlarına arxalanıb özlərini mütləqi hakim hesab edirlər.Gördüyü ikiüzlü siyasət paşinyanları, onların görünən və gjörünməyən tərəfdarlarınıbir az da irəliyə getməyə ruhlandırır. ATƏT-in Minsk Qrupunun həmsədirlərinin bəyanatısanki ermənilərin hərəkətlərinə bir az da rəvac vermək üçün yazılıb.

Real vəziyyəti təhliledəndə qanımız şübhəsiz qaralır. Amma bu da faktdır ki, heç kəs, heç nə bizisındıra bilmir. Diplomatik cəhdlərdə, informasiya müharibəsində indiyə dək əlimizdəngələni etmişik. Elə döyüş meydanında da gücümüzü dəfələrlə göstərmişik. BizimAli Baş Komandan kimi məğrur, qorxmaz, situasiyalardan anındaca baş çıxaranPrezidentimiz var.

Fikir verdinizmi,bircə çağırışla orduya nə qədər insan yazıldı. Əslində vətənpərvər olmaq, vətəninisevmək hər kəsin borcudur. Bir çox hallarda səmimiyyətdən uzaq vətənpərvərlikbizə ancaq ziyan gətirə bilər. Türk şairi Orhan Vəlinin misraları yadıma düşür:

Nələr etmədik bu vətən üçün,

Kimimiz öldük,

Kimimiz nitq söylədik.

Bəli zaman bizi tələsdirir. İndi nə nitq söyləməyə, nədə ölməyə vaxtımız var. İndi ancaq irəli getməliyik. Cənab İlham Əliyev kimiintellektual səviyyəyə, yüksək idarəçilik qabiliyyətinə malik bir Prezidentin rəhbərliketdiyi ölkənin vətəndaşlarıyıq. Sarsılmamalıyıq. Arzumuza çatmaq üçün çaba göstərəninyanında olmalıyıq. Tarixi keçmişi, tarixi missiyası və tarixi daşıyıcısıolmayan dövlət məhvə məhkumdur. Tarixin arxivlərində nə qədər yalançı ölkələrzamanın tozu altında qalmaqdadır. Biz Ermənistanın məhz o günün görəcəyik. Şərəflikeçmiş. Şərəfli missiya. Ölməz lider. İstedadlı daşıyıcı. Bu, bizik, qədim köklərəmalik Azərbaycan.

Dünyada yüksək ehtirama malik olmağın çox cətinolduğunu hamımız bilirik. Onu da bilirik və görürük ki, azərbaycanın ünvanına hərcür böhdanlar yağdıran erməni diasporu və lobbi gücləri dayanmadan iş aparır,sapı özümüzdən olan baltalar da həvəslə onlara qoşulurlar. Azərbaycanlı deyibtanımaq istəmədiyimiz bu ünsürlər ətrafda baş verən həqiqətləri görməmək üçüngözlərini bərk-bərk qapayırlar. Elə qapayırlar ki, zülmətdə nə etdiklərini, nəyəgörə etdiklərini, tutduqları yolun onları hara apardıqlarının fərqinə varabilmirlər.

Ya onlar nəhayətsəhf yolda olduqlarını etiraf edib bizə dönməlidirlər, ya da bizlər onların kökatdıqları yeri dibindən yox etməliyik. Bu kökü məhf etmək hər birimizinborcudur. Gəlin birlikdə olaq, gəlin sabahımıza inanaq! Yazımı Nazim Hikmətinfikirləri ilə bitirmək istəyirəm: «Əngözəl günlər hələ yaşanmamış günlərdir».


Əminə YUSİFQIZI,

Yevlaxda çıxan «Kür» qəzetinin başredaktoru,

Respublikanın əməkdar jurnalisti